SON XƏBƏRLƏR

Ilkər Başbuğ: “Azərbaycan Ordusu az müddətdə şərəfli bir yüksəliş dövrü keçib”

2021.10.20, 07:36
Ilkər Başbuğ: “Azərbaycan Ordusu az müddətdə şərəfli bir yüksəliş dövrü keçib”

Gunaz.tv
Ankarada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 91-ci ildönümü münasibətilə rəsmi ziyafət təşkil olunub Ankaradakı Park oteldə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 91-ci ildönümü münasibətilə rəsmi ziyafət təşkil olunub. Rəsmi ziyafətdə ölkəmizin Türkiyədəki səfiri Zakir Həşimov, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İlkər Başbuğ, türk ordusunun yüksək rütbəli zabitləri, xarici ölkələrin Türkiyədəki səfirləri və hərbi attaşeləri, Türkiyədə yaşayan azərbaycanlılar və hərbi müdavimlərimiz bayram təbriklərini qəbul edib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İlkər Başbuğ Azərbaycanla Türkiyənin “bir millət, iki dövlət” olduğunu, Azərbaycan ordusunun az bir müddətdə şərəfli bir yüksəliş dövrü keçdiyini vurğulayıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar