SON XƏBƏRLƏR

Tufan Kərim “İranın Ermənistanla həm strateji maraqlar var, həm də türk dünyasına tarixi nifrət, qorxu var” (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Tufan Kərim “İranın Ermənistanla həm strateji maraqlar var, həm də türk dünyasına tarixi nifrət, qorxu var” (MÜSAHİBƏ)

Gunaz.tv
Azərbaycan Milli Demokrat Partiyasının başqanı Tufan Kərimin son vaxtlar bölgədə gedən proseslər, İran-ermənistan əlaqələri, Gürcüstandakı daxili vəziyyət,Türkiyənin Cənubi Qafqazda fəallaşması, Güney Azərbaycan Milli Azadlıq Hərəkatı, Azərbaycan diasporu ilə bağlı fikirlərini Bakı Strateji Araşdırmalar Mərkəzi və «Millətçilik» qəzetinə bildirir. Tufan bəy xoş gördük sizi. Son vaxtlar Cənubi Qafqaz bölgəsində cərəyan edən siyasi prosesləri dəyərləndirmənizi istərdik... Cənubi Qafqazda hadisələr, siyasi proseslər iki istiqamətdə cərəyan edir. Birinci istiqamət budur ki, dünya imperialist gücləri Güney Qafqazda türk dünyasına qarşı savaşa başlayıblar. Qondarma Ermənistan da bu savaşda bir alət rolunu oynayır. Torpaqlarımızın 20 faizi həmin imperialist güclərin xeyir –duası və köməyi ilə işğal olunub. İkinci istiqamət dünya imperialist güclərin öz aralarında gedən geosiyasi mübarizəsidir. Əvvəla qeyd edim ki, birinici istiqamətdə bütün güclərin maraqları üst-üstə düşür. İstər qərb, istərsə də şimal və cənub qonşumuz olsun, fərqi yoxdur, türk dünyasına qarşı savaş açılır. Geosiyasi mübarizə istiqamətində həm də dünya gücləri öz aralarında təsir dairəsi uğrunda mübarizə aparırlar. Bu, neçə illərdir ki, açıq-aşkar davam edir. Bu mübarizə bəzən siyasi-diplomatik, bəzən hərbi müstəviyə keçir. Keçən ilin avqustunda biz siyasi müstəvidən hərbi müstəviyə keçmənin şahid olduq. Konkret desək, Rusiyanın Gürüstana birbaşa hərbi müdaxiləsi dediklərimizə sübutdur. Bizi birinci istiqamət daha çox maraqlandırır. Yəni, türk dünyasının dünya güc birlikləri ilə mübarizəsində Azərbaycanın bir savaş meydanı olduğunu unutmamalıyıq. Siyasi fəaliyyətimizi qurarkən bunu nəzərə almalıyıq. Bu gün Güney Qafqazda, konkret olaraq, Türk dünyasının əhəmiyyətli bir hissəsi olan Azərbaycanda nəinki Azərbaycan türkləri, Türkiyə dövləti və digər türk dövlətləri də daxil olmaqla bütün türk dünyası bu savaş meydanında olmalıdırlar. Yəni, onların da bu savaşda iştirakı vacib və zəruridir. Lakin hələlik çox təəssüflər olsun ki, biz bu halı muşahidə etmirik. Belə ki, bildiyimiz kimİ, Orta Asiya türk dövlətlərinin türkçülüyə, türk dünyasına münaisbəti birmənalı deyil. Yəni, burada bir məsələ də kimliyin dərk edilməsi məsələsidir. Türk kimliklərinin dərk edilməsi çox ağır məsələdir. Lakin bu istiqamətdə zəif də olsa iş gedir. Biz inanırıq ki, bu proses yüksələn xətt üzrə inkişaf edəcək və gələcəkdə güclü bir birlik yaranacaq. Bunu tarix bizə diqtə edir və biz buna məhkumuq. Əks-halda türk dövlətlərinin yaşaması, gələcəyə güclü, qürdətli dövlətlər kimi ortaya çıxması şübhə altına alınar. Aydın məsələdir ki, dünya güclərinin hamısının geosiyasi baxımdan regionda, yəni Güney Qafqazda öz maraqları var. Tarixən bu ölkələrə marağı ilə fərqlənən şimal və cənub qonşularımızdır. Onlar hər an öz maraqlarını təmin etməyə çalışırlar, daha doğrusu, Güney Qafqaz daha çox şimal qonşumuzun təsir dairəsindədir. Bu baxımdan məsələyə yanaşdıqda, şimal qonşumuz bu regionun əhəmiyyətini anlayır və geostrateji mənada bu regionun itirilməsi şimal qonşumuzun cənuba, yaxın Şərqə, Hind okeanına çıxışının qarşısının alınması demək olardı. Rusiya həmçinin, Güney Qafqazın bufer təhlükəsizlik zrnası kimi görür. Qərb gələcəkdə Orta Asiyada Rusiyanın onsuz da məhdudlaşdırılmış hərbi-siyasi təsirini bir daha məhdudlaşdırmaq, onu tam neytral hala gətirmək məqsədi güdür. Güney Qafqaz da Orta Asiyaya bir çıxışdır. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, doğrudan da yaşadığımız dövrdə hal-hazırda Güney Qafqazda dünya guclərinin intensiv geosiyasi mübarizəsi gedir. Təbii ki, burada qüvvələr nisbəti bəllidir. Həmçinin, son vaxtlar baş verən iqtisadi böhran Rusiyanı zəiflədəcək və zəifləmiş Rusiya bu böhrandan daha da zəif çıxaraq qərb gücləri qarşısında geri çəkilməli olacaq. Bu, bizim qənaətimizdir. Qərbin geostrateji üstünlüyü yəqin ki, bu bölgədə təmin olunacaq. Lakin bunların heç biri bizim maraqlarımıza cavab vermir. Bizim maraqlarımz Güney Qafqazda Azərbaycanın bölgənin ən güclü hakim dövləti kimi söz sahibi olmasıdır. Bu yaxınlarda bildiyiniz kimi Praqada “Şərq Tərəfdaşlığı” adı altında Azərbaycanın da qatıldığı və 6 ölkənin iştirakı ilə sammit keçirildi. Sammitin əsas müzakirəsi NABUCCO qaz layihəsi idi. Necə düşünürsünüz, Avropa üçün strateji əhəmiyyət daşıyan bu layihəyəyə qarşı gələcəkdə Rusiyanın adekvat cavabı ola bilərmi? Rusiya zaman-zaman NABUCCO Qaz layihəsinə alternativ planlar ortaya çıxarıb. Hətta, məsələ ilə bağlı danışıqlar və sazişlər də olub. Təbii ki, Rusiya qaz strategiyası vasitəsilə müəyyən mənada avropaya təsir imkanlarını saxlamaq istəyir. Bu strateji məsələ olduğu üçün Rusiya istəməz ki, bu məsələdə uduzsun. Buna görə də hər vəchlə Rusiya bu layihəyə mane olmağa çalışacaqm. Lakin bayaq qeyd etdiyim kimi, Rusiyanın bu iqtisadi böhranın sonunda düşəcəyi durumu proqnozlaşdırmaq çətindir. Rusiya üçün bu iqtisadi böhran gözlənildiyindən də ağır nəticələrə səbəb ola bilər. Bunun nəticəsi olaraq, yeni müstəqil türk dövlətlərinin yaranması reallığa çevrilər. Rusiya imperiyasının tərkbində olan türkdilli xalqların əsarətdən qurtulması milli dövlətlərinə qovuşmaları və onların müstəqil bir dövlət kimi tarix səhnəsinə daxil olmaları türk dünyasını gücləndirəcək. Bu faktor dünya gücləri tərəfindən Azərbaycana qarşı açılmış savaşda uğurlarımızı artıracaq. Sevindirici haldır ki, Türkiyə diplomatiyasının Cənubi Qafqazda fəallaşması hiss olunur. Ola bilərmi ki, Türkiyə dünyaya özünün bölgənin önəmli dövləti və təsir imkanlarına malik olduğunu göstərmək istəyir? Bizim nəzərimizdə Türkiyə dövləti türk dünyası dövlətləri içərisində istər siyasi, hərbi iqtisadi, coğrafi və demoqrafik baxımdan lider dövlətdir. Bir çox məsələlərdə Türkiyə dövləti digər türk dövlətləri üçün bir lokomotiv rolunu oynamalıdır. Biz bunu hər zaman Türkiyə dövlətindən gözləyirik, umuruq. Hal-hazırda bayaq dediyim kimi, türk dünyasına qarşı bir savaş açılıb. Bu savaş dünən, bu gün açılmayıb, bu, üzün müddət davam edən bir savaşdır. Bu savaşın ön xəttində duran Türkiyə dövlətidir. Biz bu gün müşahidə edirik ki,Türkiyənin zəiflədilməsi, parçalanıb yıxılması imperialist dairələrin planının tərkib hissəsidir və bu yöndə də imperialist gücləri intensiv iş aparırlar. İşin müəyyən nəticələri də artıq var. İlk növbədə, dünya imperialist gücləri Türkiyədə 2002-ci ildə AKP-ni hakimiyyətə gətirməyə nail oldular. Bu qərbin planının bir hissəsi idi. Bildiyiniz kimi, AKP hakimiyyəti hazırda anti-türk siyasəti yeridir və qərbin imperialist dairələrinin əli ilə işləməkdədir. Son zamanlar bu məsələlər daha da intensivləşib. Hazırda Türkiyə daxilində, istər Avropa Birliyinə daxil olmaq adı altında keçirilən islahatcıqlar, istərsə də, Türkiyənin təməl qanunvericiliyinin dəyişdirilməsi, Türkiyənin milli müqavimətinin qırılmasına yönəlik fəaliyyət, Türkiyədə milli- müqavimətin əsasını təşkil edən ordunun və millətçi kəsimin zəiflədilib sıradan çıxarılması - bunlar AKP-nin fəaliyyətinin əsas istiqamətləridir. Bu,Türkiyə dövlətinin bütövlüyünə, varlığına bir təhlükədir. Proses davam edir və biz də çox həyəcanla bu prosesləri izləyirik. Bu Türkiyə dövlətinin apardığı siyasətdən danışanda bunu nəzərə almalıyıq ki, Türkiyə hakimiyyətində anti-türk AKP iqtidarıdır və onlar qərbin anti-türk siyasətini həyata keçirməkdədirlər. Bəzən bu yöndə onlar açıq-aşkar addımlar atırlar, bəzən müəyyən təpkilərə rəğmən geriyə çəkilmələr də olur, lakin ümumilikdə, AKP-nin məqsədi, məramı aydındır: Türkiyə dövlətinin zəiflədilməsi, parçalanması,Türkiyədə qeyri-türk istiqamətində assimilyasiyanın həyata keçirilməsi. Türkiyənin Qafqazda roluna gəlincə, bu günkü AKP hökumətinin məqsədi burada türk dünyasının xeyrinə hansısa bir fəaliyyət göstərmək deyil, əksinə, bu gün AKP-nin yeritdiyi siyasət müstəqil türk siyasəti olmayıb, sadəcə olaraq, qərbin və ABŞ-ın geosiyasi mübarizəsinin tərkib hissəsi kimi, qərbin plan və göstərişləri əsasında bir fəaliyyətdir. Bu fəaliyyətin başqa bir adı yoxdur. Yəni, Türkiyə Ruisya ilə qərb arasında bufer rolu oynayır. Burada zaman-zaman müxtəlif siyasi gedşlərdə Türkiyədən istifadə olunur, yəni, Türkiyə qərblə Rusiya arasında bir oyunçu halına gətirilir. Biz hazırki AKP iqtidarı dövründə Türkiyənin Qafqazda hansısa siyasi bir uğur qazancağı və yaxud da hansısa bir liderliyi ələ ala biləcəyi, hadisələrə təsir etmək imkanlarına sahib olacağına inanmırıq. Lakin AKP iqtidarının müvəqqəti olduğuna və tezliklə Türkiyədə bir çox məsələlərə aydınlıq gətiriləcəyinə inanır, həmçinin, Türkiyə millətinin AKP iqtidarının satqın, xəyanətkar siyasətinin önünü alacaqlarına və tezliklə Türkiyədə normal və milli maraqlara cavab verən bir hakimiyyət quracaqlarına ümid edirik. Bu zaman təbii ki, Türkiyə türk dünyasında aparıcı lokomotiv rolunu oynayacaq. Türkiyə qüdrətli, güclü bir dövlət olaraq dünya siyasətində söz sahibi olacaq. - Son vaxtlar bölgədə baş verən hadisələr göstərdi ki, Azərbaycan hakimiyyətinin xarici siyasətdə tutduğu mövqe düzgündür və müstəqilliyimizin güclənməsinə xidmət edir. Artıq Amerika və qərbin bəzi analitikləri də bu siyasətin nəticə verdiyini qeyd edirlər. Sizcə, indiki, vaxtda Azərbaycanın belə bir siyasət yürütməsi Rusiyan və İranı qıcıqlandırmır kı? Azərbaycana qarşı həmişə güclü təpkilər var,bu sabah da davam edəcək. İmperialist dairələr bütün Azərbaycan halında qüdrətli ikinci bir türk dövlətinin yaranmasına qarşıdırlar. Onların hesabı ilə bu, dünya miqyasında yeni bir qüvvənin ortaya çıxmasına gətirib çıxara bilər və qüvvələr nisbətini poza bilər. Digər dünya xalqları tarixdə zaman –zaman dünyada söz sahibi olan güclü türk dövlətlərinin mövcud olmasını yaddan çıxarmayıblar və təbii ki, onlar bunu həm qısqanclıq və qorxu. həm də ehtiyatla qarşlayırlar. Hazırda qərb imperializmi sürətlə dünyanın ağalığını ələ keçirmək istiqamətində fəaliyyət göstərir və xüsusilə anqlo-sakson dünyası yaratmaq planı da qarşıda durur. Onlar öz ağalıqlarında yeni dünya düzəni istəyirlər. Onların bu planlarının qarşısında yalnız güclü türk dünyası dura bilər. Bu səbəbdən də dünya gücləri hər zaman, hər vəchlə güclü türk dünyasının, birliyinin meydana çıxmasına mane olmağa çalışırlar. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda, görürsən ki, imperialist qüvvələrin mövqeyi burada üst-üstə düşür, Rusiya, İran Azərbaycana qarşı sərt təpki göstərirlər. Bu təpkiləri biz hər zaman hissi edirik. Azərbaycan istər ərazi, istər hərbi, istərsə də coğrafi cəhətdən müqayisədə nisbətən kiçik bir dövlətdir. Onlara qarşı ortaya adekvat güc qoymaq iqtidarında deyil. Belə olan halda, biz milli ruhumuza, iradə və ağldımıza güvənməliyik. Hesab edirəm ki, bu gün Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət Azərbaycan dövlətinin milli maraqlarına xidmət edir və milli maraqların qorunmasına yönəlib. Bu, çox ağır siyasətdir, ağır işdir, Azərbaycanın gələcəyi, yaşamı, taleyi məsələsidir. Azərbaycan öz müstəqilliyini qoruyub saxlayırsa, ölkə bir çox istiqamətlərdə inkişaf edirsə, bu, böyük işdir. Bir çox hallarda opponentlər irad tuta bilərlər ki, MDB məkanında sovet imperialist rejimindən qurtarmış müstəqilliyini qazanan və onu saxlayan ölkələr də var. Amma Azərbaycana fərqli bir münasibət var.Yəni, konkret Güney Qafqazda Gürcüstanla Azərbaycan fərqli durumdadırlar. Gürcüstan xrisitan klubunun üzvüdür, müəyyən mənada, Rusiya ilə qarşıdurmada Amerikanın forpostudur, Rusiya- qərb cəbhəsinin təmas xəttində yerləşir, yəni Gürcüstanın itirilməsinə heç vəchlə qərb imkan verməz. Ancaq Azərbaycanda belə deyil. Dünya güclərinin heç biri ən ekstremal şəraitdə Azərbaycanın arxasında durmayacaq. Belə olan halda, biz yalnız özümüzə güvənməliyik. İstər ölkə daxilində, istərsə də xarici münasibətlərdə praqmatik, reallığa hesablanmış ağıllı siyasət yürütməliyik. Bu günkü Azərbaycanın dövlət başçısının apardığı xarici siyasi kursu məqbul hesab edirəm. Müəyyən taktiki gedişlər, balanslaşdırılmış siyasət və bunların hamısı bir şeyə xidmət edir: Azərbaycanı hər hansı ciddi sarsıntılardan, təhlükələrdən qoruyub gələcəyə aparmaq. Hesab edirəm ki, bu siyasətdə uğurlar var. müsahibənin davamı var

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar