SON XƏBƏRLƏR

Musəvi kampaniyasından əl çəkməyəcəyini deyir

2021.10.20, 07:36
Musəvi kampaniyasından əl çəkməyəcəyini deyir

Gunaz.tv
Cənab Musəvi müxalifətin üzərinə qoyulan məhdudiyyətlərin əlavə zorakılıqlara gətirəcəyindən narahatdır İranda əsas müxalifət lideri Mirhüseyn Musəvi deyib ki, bu yaxınlarda keçirilən prezident seçkilərinin nəticələrini ləğv etmək uğrunda kampaniyasından əl çəkməyəcək. Dörd gün ərzində verdiyi ilk bəyanatı zamanı cənab Musəvi internet səhifəsində səsverməni onun təbirincə desək, böyük fırıldaq adlandırıb. O eləcə də deyib ki, səsvermədən sonra baş verən zorakılığa görə, seçkiləri saxtalaşdıranlar cavabdehlik daşıyırlar. BBC-nin Tehrandakı müxbiri deyib ki, bu, hakim dairələrlə ali ruhani lideri Ayatolla Xameneyiyə işarə kimi qəbul ediləcək. -------------------------------------------------------------------------------- İranın prezident seçkilərində məğlub olmuş namizədlərdən biri bu günə planlaşdırılmış mərasimi ləğv edib. Bu mərasim mübahisəli seçkilərdən sonra iğtişaşlar zamanı həlak olanların xatirəsinə həsr olunmuşdu. Mehdi Kərrubinin siyasi partiyasının internet səhifəsində deyilir ki, ona mərasimi keçirmək üçün yer ayrılmayıb və vəziyyət təəssüfedici kimi təsvir edilib. İranın Daxili İşlər Nazirliyi prezident Əhmədinecadın yenidən seçilməsi əleyhinə çıxış edən qrupların bütün etiraz nümayişlərinə qadağa qoyub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar