SON XƏBƏRLƏR

Həkim Neda adlı iranlı qızı öldürəni gördüyünü deyir

2021.10.20, 07:36
Həkim Neda adlı iranlı qızı öldürəni gördüyünü deyir

Gunaz.tv
Nedanın dəhşətli ölümü İran etirazlarının rəmzinə çevrilib Ötən iki həftə ərzində İrandan gələn ən sarsıdıcı imic, Tehran küçələrinin birində Neda adlı gənc qadının güllə ilə vurulub öldürülməsini göstərən videokadrlar idi. Dünyaya yayılmış kadrlarda qan içində uzanan Nedaya iki şəxsin yardım etməsi göstərilir. Onlardan biri, Araş Hecazi adlı həkim BBC müxbiri Reçel Harveyə müsahibə verib: "Neda mənim bir metrliyimdə durmuşdu. Mən onu tanımırdım. Bu zaman atəş səsi eşitdim. Arxadakı hay-küyə dönəndə, Nedanın sinəsindən qanın fəvvarə vurduğunu, özünün şokda olduğunu gördüm.Sonra o yerə yıxıldı. Mən ona yardım etməyə qaçdım və gördüm ki, boğazının aşağı hissəsində güllə yarası var. Onun meyidini yarmağa qoymayıblar, tələsik dəfn ediblər. Amma mən deyə bilərəm ki, onun aorta damarı partlamışdı. Sonra onun ağız və burnundan qan gəldi. O sürətlə qan itirirdi, mən yaranın üzərinə təzyiq edərək, qanaxmanı azaltmaq istədim.Lakin təəssüf ki, o bir dəqiqənin içində öldü." Sual: Bəs güllə hansı istiqamətdən atılmışdı? Bunu görən oldumu? "Çox böyük xaos yaranmışdı. Nedanın yanında olan qoca müəllimi, "balam mənim" deyərək ağlamağa başladı. Güllə səsi qarşıdan gəlmişdi. Mənə əvvəlcə elə gəldi ki, atəş damdan açılmışdı. Lakin sonradan adamlar dedilər ki, güllə atanı yaxalayıblar.Onun üzərində Basıc dəstəsinə üzvlük kardı tapılmışdı. Adamlar "tutmuşuq, tutmuşuq" deyə qışqırırdlar. O şəxsi tərk-silah elədilər. Adamlar qəzəbli idilər. Bu şəxs isə "mən onu öldürmək istəmirdim" deyə çığırırdı. Adamlar bilmirdlər onunla nə etsinlər. Bəziləri deyirdilər "biz qatil deyilik, ona toxunmayın." Amma polisə də onu təslim etməyin mənası yox idi. Çünki polis onu azad edəcəkdi. Bilmirdilər nə etsinlər, axırda onu azad buraxdılar. Amma kimlik vəsiqəsini üzərindən götürmüşdülər. Kimdəsə indi bu vəsiqə var.Onun şəklini də çəkən var idi. Sual: Sonradan nə etdiniz,hansı hissləri keçiridiniz? "Mən ofisimə qayıtdım, əllərimi qandan yudum. Şok içində idim. Əvvəllər insanların ölməsini görmüşdüm.Dəfələrlə güllədən ölənləri görmüşəm. Uzun-uzadı əllərimi yudum. Sonra məni qorxu hissi bürüdü. Çünki mən onun lap yanında idim. Güllə mənə də dəyə bilərdi. Həyatımda ilk dəfə ölümdən qorxu hissinin nə olduğunu bildim. Özümü günahkar da hiss edirdim. Üç gecə yata bilmədim. Nedanın gözlərini unuda bilmirdim, onun gözləri sanki "bu niyə mənim başıma gəldi" soruşurlar. "

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar