SON XƏBƏRLƏR

Sərhəddə şəhid olan əsgərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi

2021.10.20, 07:36
Sərhəddə şəhid olan əsgərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi

Gunaz.tv
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Elton İsgəndərova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, dövlət sərhədinin mühafizəsi üzrə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmanlıq nümayiş etdirərək komandirlərinin və əsgər yoldaşlarının həyatını öz həyatı bahasına xilas etdiyinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının əsgəri Elton Xaləddin oğlu İsgəndərova Azərbaycan Milli Qəhrəmanı adı verilib (ölümündən sonra). Xatırladaq ki, iyunun 18-də saat 22.00 radələrində Cəlilabad rayonu ərazisindəki sərhəd keçid məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə İran-Azərbaycan sərhədini keçmək istəyən 5 cinayətkar arasında silahlı toqquşma olub. Nəticədə əslən Samux rayon Əhmədbəyli kəndindən olan 1990-cı il təvəllüdlü əsgər İsgəndərov Elton Xaləddin oğlu şəhid olub. E.İsgəndərov hərbi xidmətə Samux rayon hərbi Komissarlığından çağırılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar