SON XƏBƏRLƏR

Maykl Cəkson 50 yaşında vəfat edib

2021.10.20, 07:36
Maykl Cəkson 50 yaşında vəfat edib

Gunaz.tv
Amerikalı pop ulduzu Maykl Cəkson 50 yaşında ürəktutmasından vəfat edib. O bir neçə saat əvvəl təcili yardım maşını ilə Los Anjeles şəhərinin xəstəxanasına çatdırılmışdı. Ehtimal olunur ki, onun ölümünün səbəbi infarkt olub. Maykl Cəksonun həyatı Tibbi mənbələr deyirlər ki, təcili yardım işçiləri onun Bel Airdəki evinə gələndə, müğənni nəfəs almırdı. Həkimlər Cəksona süni nəfəs verməyə çalışıblar. Xəstəxana qarşısında adamlar toplaşmağa başlayıb. Maykl Cəkson iyul ayında Londondan başlyaraq onlarla konsert verməyə hazırlaşırdı. Müğənninin səhhətində uzun müddət idi ki, problemlər yaranmışdı. O 12 il idi ki, konsert vermirdi. Cəkson karyerasına The Cəkson 5 ailə qrupunun üzvü kimi başlamışdı. Thriller və Bad kimi albomları onu dünyanın ən məşhur pop ulduzuna çevirmişdi. Lakin son illərdə ziddiyyətli qalmaqallar və maliyyə çətinlikləri ulduza çox pis təsir etmişdi və o demək olar ki, kənar aləmlər ünsiyyətdən uzaq qaçırdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar