SON XƏBƏRLƏR

AŞPA İranda baş verənlərdən narahatdır

2021.10.20, 07:36
AŞPA İranda baş verənlərdən narahatdır

Gunaz.tv
AŞPA Mir Hüseyn Musəviyə dəstək olaraq keçirilən dinc nümayişləri qanuni hesab edir Avropa Şurasının Parlament Assambleyası İranda prezident seçkilərinin nəticələri ilə razılaşmayan müxalifət nümayəndələrinə qarşı tətbiq edilən zorakılıqdan narahatdır. Bu barədə RİA Novosti bildirib. AŞPA keçirilən müzakirələr nəticəsində Mir Hüseyn Musəviyə dəstək olaraq keçirilən dinc nümayişləri qanuni hesab edən qətnamə qəbul edib. “Assambleya əmindir ki, İranda hazırkı vəziyyətin dinc və sabit həll olunması və eyni zamanda regionda sabitlik və sülh əldə etmək üçün demokratiyanı, insan haqlarını qorumaq lazımdır”, sənəddə belə deyilir. AŞPA İran parlamenti ilə, demokratik qüvvələr ilə dialoq yaratmaqda, ölkədə demokratik dəyərlərin inkişaf etdirməkdə öz səylərini göstərməyə hazırdır. Parlament Assambleyası Avropa Şurasına üzv ölkələri İran hakimiyyəti ilə əlaqələri bərpa etməyə və fəal siyasi dialoq yaratmağa çağırıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar