SON XƏBƏRLƏR

İran cəmiyyətində çat yaranıb

2021.10.20, 07:36
İran cəmiyyətində çat yaranıb

Gunaz.tv
Teyyub Qənioğlu: "Artıq cəmiyyət indiki rejim çərçivəsində yaşamaq istəmir, dəyişikliyin tərəfdarıdır" Dünən Milli Demokratik Qüvvələr Birliyi (MDQB) Sədrlər Şurasının toplantısı keçirilib. Bu barədə qəzetimizə açıqlama verən Təkamül Partiyasının sədri Teyyub Qənioğlu dedi ki, toplantıda İranda baş verən hadisələr müzakirə olunub. Ümumiyyətlə, 35 milyon soydaşımızın yaşadığı ölkədə onların hüquqlarının qorunmasının hansı səviyyədə olması MDQB-nin həmişə diqqət mərkəzindədir. Ramiz İranda baş verən son hadisələr həyacan doğurur. Teyyub Qənioğlu bildirdi ki, bu ölkədə prezident seçkilərində saxtakarlığa yol verildiyi göz önündədir. Nəzarət Şurası da saxtakarlığı etiraf edib. Ancaq bunu 10 faiz seçki məntəqəsinə aid olduğunu açıqlayıb. Amma cəmi 50 şəhərdə aparılan araşdırmalar göstərib ki, səs verənlərin sayı bülletendə adı olanların sayından çoxdur. Bu qədər saxtakarlıq göz önündə ola-ola seçkinin nəticələrini ləğv etmək istəmirlər. Bu da cəmiyyətdə ciddi narazılıq doğurur. Təkmül Partiyasının sədri dedi ki, İran qonşu dövlətdir: "Çox istərdik ki, bu ölkədə insanların haqları, hüquqları, söz azadlığı qorunsun, demokratik bir ölkə yaransın. İranda baş verən hadisələr bu istiqamətdə cərəyan edir. Biz istərdik ki, bu məntiqi sonluğuna çatsın. Ancaq insanların həyatı, onların gülləbaran edilməsi hesabına yox. MDQB olaraq İran hakimiyyət orqanlarına müraciət edirik ki, insanların səsini zorakı yolla almaqdan əl çəksinlər". Teyyub Qənioğlunun fikrincə, baş verənlər İran cəmiyyətində bir çatın yarandığını göstərir. Artıq cəmiyyət indiki rejim çərçivəsində yaşamaq istəmir, dəyişikliyin tərəfdarıdır. Prezident seçkilərində baş verən pozuntular cəmiyyətin ayılmasına bir impuls verib. O, son zamanlar aksiyalarda səslənən şüarların məzmununun dəyişməsini də bunun təzahürü sayır. Kütləvi aksiyalarda insanlar azadlıq istədiklərini, demokratik cəmiyyətdə yaşamağı arzuladıqlarını bəyanlayırlar: "Biz də ümid edirik ki, baş verənlər sonda İranın demokratikləşməsinə gətirib çıxaracaq. Ancaq mübarizənin dinc yolla aparılmasının tərəfdarıyıq. Ona görə də İran hakimiyyət orqanlarına müraciət edirik ki, insanların haqq səsini zorakı yolla boğmasınlar". MDQB Sədrlər Şurası bəyanlayır ki, bu, Cənubi Azərbaycan türkləri üçün də bir tarixi məqamdır. Teyyub Qənioğlu bu tarixi məqamdan istifadə etməyi zəruri saydıqlarını vurğuladı: "Bu ölkədə yaşayan soydaşlarımızın hüquqlarını müdafiə edən bir sıra təşkilatların mövqelərində müxtəlifliyi görürük. Bəziləri bu prosesdən kənarda qalmağa üstünlük verirlər. Bizim fikrimizcə, qanunlar çərçivəsində mübarizə aparmaq lazımdır. Belə tarixi şans tez-tez ələ düşmür. Bu şansdan yararlanıb İranın demokratikləşməsinə, Azərbaycan türklərinin hüquqlarını qorumaq uğrunla mübarizə aparmaqla hansısa nəticəyə nail olmaq mümkündür".xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar