SON XƏBƏRLƏR

ABŞ və Venesuela diplomatik əlaqələri bərpa edəcəklər

2021.10.20, 07:36
ABŞ və Venesuela diplomatik əlaqələri bərpa edəcəklər

Gunaz.tv
Venesuela və ABŞ yaxın günlərdə Karakas və Vaşinqtona öz səfirlərini göndərəcəklər. Bu haqda hər iki ölkənin rəsmiləri məlumat veriblər. Genişmiqyaslı diplomatik əlaqələrin bərpası Venesuela prezidenti Huqo Çavez və ABŞ prezidenti Barak Obama arasında şəxsi danışıqdan sonra mümkün olub. Keçən ilin sentyabrında iki ölkə arasında diplomatik münasibətlər soyumuşdu. Huqo Çavez Boliviya prezidenti Evo Moraleslə həmrəy olduğunu nümayiş etdirmək üçün ABŞ səfirini ölkədən çıxarmışdı. Buna cavab olaraq da ABŞ Venesuela səfirini geri göndərmişdi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar