SON XƏBƏRLƏR

Məhəmməd Xatəmi: “Xalqın leqal etirazlarına qadağa qoyulması Allah bilir nələrə səbəb ola bilər”

2021.10.20, 07:36
Məhəmməd Xatəmi: “Xalqın leqal etirazlarına qadağa qoyulması Allah bilir nələrə səbəb ola bilər”

Gunaz.tv
İran adlanan yer “hərbi vəziyyət” rejimi ərəfəsində İran adlanan yer müxalifətinin liderlərindən biri, ölkənin keçmiş prezidenti Məhəmməd Xatəmi bəyan edib ki, ölkədə hərbi vəziyyət rejimi tətbiq edilə bilər. Lent.az-ın məlumatına görə, Xatəmi müxalifətin lideri Mirhüseyn Musəvinin internet saytında yazıb: “Təhlükəsizlik qüvvələrinin və ordunun ölkə həyatında oynadığı rolun gücü məni çox ciddi narahat edir”. Xatəmi hökumətin nəzarətində olan mətbuat orqanlarınıı böhtanlar yağdırmaqda və kütləvi etiraz aksiyalarını xarici dövlətlərin və terror qruplarının fəaliyyəti ilə bağlamaq cəhdində ittiham edib. Eks-prezident hökumətə də xəbərdarlıq edib: “Xalqın leqal etirazlarına qadağa qoyulması Allah bilir nələrə səbəb ola bilər”. O, son günlər həbs edilən müxalifət üzvlərinin də dərhal azadlığa buraxılmasını tələb edib. Keçmiş prezident hökumətin son günlər işinə maneəçilik törətdiyi kommunikasiya vasitələrinin, ilk növbədə mobil əlaqə, SMS və İnternetin işinin bərpasının da vacib olduğunu vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar