SON XƏBƏRLƏR

İran adlanan yerdə, “Newsweek” jurnalının əməkdaşı həbs olunub

2021.10.20, 07:36
İran adlanan yerdə, “Newsweek” jurnalının əməkdaşı həbs olunub

Gunaz.tv
“BBC”nin jurnalisti isə ölkədən çıxarılıblar “Newsweek” jurnalının əməkdaşı İranda həbs olunub. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Məziyar Bahari Kanada vətəndaşıdır. Bahari son 10 il ərzində İranda yaşayıb və ölkədəki bütün administrasiyalarla uğurla əməkdaşlıq edib. Onun reportajlarının isə həmişə səhihliyi ilə seçildiyi bildirilir. “Newsweek”in rəhbərliyi jurnalistinin tutulmasını qəti şəkildə pisləyərək, onun dərhal azad edilməsini tələb edib: “Heç bir günahı olmayan jurnalistlərin həbsi İranda söz azadlığının kobud şəkildə pozulmasıdır”. “Associated Press” agentliyi qeyd edir ki, iyunun 14-dən bu yana İranda ən azı 23 jurnalist və bloqqer həbs olunub. “Sərhədsiz reportyorlar” təşkilatı onların siyahısını dərc edərək, tutulanların buraxılmasını tələb edib. İran hökuməti xoşuna gəlməyən jurnalistləri ölkədən çıxartmaqda da davam edir. İyunun 20-də “BBC”nin əməkdaşı Con Layni ölkədən çıxarılıb. O, müxalifəti dəstəkləməkdə ittiham olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar