SON XƏBƏRLƏR

İran adlanan yerin Hərbi Hava Qüvvələri təlimlərə başlayıb

2021.10.20, 07:36
İran adlanan yerin Hərbi Hava Qüvvələri təlimlərə başlayıb

Gunaz.tv
İran adlanan yerin Hərbi Hava Qüvvələrinin (HHQ) bölmələri bazar ertəsindən, dörd gün sürəcək hərbi təlimlərə başlayıb. Təlimlər Fars Körfəzi və Omman körfəzi üzərində, üç mərhələdə həyata keçiriləcək. Bu barədə İRİNN xəbər kanalı məlumat yayıb. Təlimlər zamanı pilotlar 3600 kilometr uçuş həyata keçirəcəklər. Bu barədə İran HHQ-nin komandir müavini Möhsün Dərəbaği bazar ertəsi bildirib. Onun sözlərinə görə, təlimlər şərti "Milade Nure Velayət" adı altında ("Vilayət günəşinin doğması") keçiriləcək. "Təlimlərin keçirilməsində məqsəd gənc pilotların hərbi manevr gücünün artırılması, yeni istehsal olunmuş hərbi sursatın sınaqdan keçirilməsi, qırıcı təyyarələrdə hərbi texnikadan istifadə, hədəflərin məhv edilməsi üzrə sınaqlar və havada yanacaqdoldurma prosesinin həyata keçirilməsidır", - deyə Dərəbaği bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar