SON XƏBƏRLƏR

BMT-nin İnsan Hüquqları Komissiyasının sədri İrana xəbərdarlıq edib

2021.10.20, 07:36
BMT-nin İnsan Hüquqları Komissiyasının sədri İrana xəbərdarlıq edib

Gunaz.tv
BMT-nin İnsan Hüquqları Komissiyasının sədri Navi Pilley xalqın etirazı amansızcasına yatırıldığına görə İrana xəbərdarlıq edib. Associated Press-in məlumatına əsasən, Pilley bəyan edib ki, İranda dinc etirazçıların həbsi problemli məsələlər yaradıb. BMT-nin İnsan hüquqları üzrə ali komissarı Pilley bildirib ki, İran hökuməti həbs olunanların lazımi məhkəmə proseslərini təmin etməlidir. O həmçinin əlavə edib ki, məhkəmənin istintaqın müvafiq normalarının təmin edilməsini bacarmaması ədalətsizlik hissi oyada bilər. Pilley bəyan edib ki, hökumətyönlü polislərin müxalifətin tərəfdarlarına qarşı hərəkəti İranda vəziyyətin ciddi şəkildə gərginləşməsinə səbəb ola bilər. Bugünkü müsahibəsində o, İran hökumətinə söz və toplanış azadlıqlarınının təmin edilməsini və onlara hörmət edilməsini tövsiyyə edib. Müxalifət tərəfdarları iyunun 12-də Mahmud Əhmədinejadın qələbə qazandığı prezident seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq mitinqlər keçiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar