SON XƏBƏRLƏR

İran hökuməti bir qrup müxalifətçini terrorda ittham edərək həbs edib (YENİLƏNİB)

2021.10.20, 07:36
İran hökuməti bir qrup müxalifətçini terrorda ittham edərək həbs edib (YENİLƏNİB)

Gunaz.tv
Həbs olunanlar Mücahəddin Xalq Təşkilatının üzvləridir İran höküməti müxalifətə aid bir qrupu “terror fəaliyyətində” ittiham edərək həbs edib. Yerli televiziyanın verdiyi məlumata görə, həbs edilən Mücahəddin Xalq Təşkilatının üzvləri avtobusların və ictimai mülkiyyətlərin yandırılmasında ittiham olunurlar. Xatırladaq ki, Mücahəddin Xalq Təşkilatının (Mujahideen Khalq Organisation) üzvlərinin həbsi müxalifətin prezident seçkilərinin nəticələrinə etirazından sonra başladı. Mətbuata verilən məlumata görə, MXT-nin həbs olunan üzvləri qonşu İraqda təhsil almaq icazəsini aldıqdan sonra İrana daxil olublar. İran Tv-nin verdiyi məlumata görə, Mücahəddin Xalq Təşkilatının əsas mərkəsi Böyük Britaniyada yerləşir. Dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən qruplaşma bu gün analoji etiraz aksiyaları keçiriblər. Aksiyalardan biri Almaniyanın Hamburq şəhərində, digəri isə Parisdə keçirilib. Xatırladaq ki, uzun illər İranın bir çox hökümətləri ilə əks mövqedə olan qruplaşma İranda dini diktatorluğa son qoyulmasını istəyir. Qeyd edək ki, Mücahəddin Xalq Təşkilatına (Mujahideen Khalq Organisation) Masud Racavi rəhbərlik edir. 1986-cı ildə İran mücahidlərini Tehranın ənənəvi düşməni olan İraq diktatoru Səddam Hüseyn dəstəklədikdən sonra ABŞ-ın bu təşkilata münasibəti dəyişdi. ABŞ 1997-ci ildə bu qruplaşmaının adını terror təşkilatlarının siyahısına əlavə etdi. Vaşinqton dəfələrlə qruplaşmanın beynəlxalq terror şəbəkəsi olan Əl -Qayidə ilə əlaqəsi olması barədə çıxışlar edib. Amerika hərbçilərinin İraqa daxil olmasından sonra Mücahəddin Xalq Təşkilatı ABŞ-la sülh razılaşması imzaladı./ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar