SON XƏBƏRLƏR

Almaniya və Fransada Mahmud Əhmədinecata qarşı etiraz aksiyaları keçirilib

2021.10.20, 07:36
Almaniya və Fransada Mahmud Əhmədinecata qarşı etiraz aksiyaları keçirilib

Gunaz.tv
Mücahid Xalq Təşkilatı kimi tanınan Xalq Mücahidləri Parisdə yerləşən İran Müqaviməti Milli Şurasının hərbi qanadıdır Almaniyanın Hamburq şəhərində İranın yeni seçilmiş prezidenti Mahmud Əhmədinejada qarşı etirazlarını bildirmək üçün minlərlə insan küçələrə çıxıb. Başlarına yaşıl sarğı bağlamış etirazçılar əllərində İranın bayrağını dalğalandıraraq "Mənim səsim haradadır" şüarı səsləndiriblər. Bundan əlavə, Fransanın paytaxtı Paris yaxınlığında İran Xalq Mücahidlərinin yüzlərlə tərəfdarı prezident Mahmud Əhmədinejadın yenidən prezident seçilməsinə etiraz olaraq yürüş keçiriblər. Mücahid Xalq Təşkilatı kimi tanınan Xalq Mücahidləri Fransanın paytaxtında yerləşən İran Müqaviməti Milli Şurasının hərbi qanadıdır. Uzun illər İranın bir çox hökümətləri ilə əks mövqedə olan qruplaşma İranda dini diktatorluğa son qoyulmasını istəyir. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar