SON XƏBƏRLƏR

Tehranda vəziyyət gərgin olaraq qalır

2021.10.20, 07:36
Tehranda vəziyyət gərgin olaraq qalır

Gunaz.tv
Iran adlanan yerin paytaxtı Tehranda vəziyyət gərgin olaraq qalır.Ötən həftə kütləvi iğtişaşlardan sonra cəza tədbirlərinin gücləndirildiyi xəbər verilir. Amerikanın Nyusuik jurnalının kanadalı jurnalisti Maziyar Baharinin tutulduğu xəbər verilir. On il ərzində müxbir işləmiş jurnalistə qarşı ittihamın irəli sürülmədiyi düşünülür. Bundan əvvəl BBC-nin İrandakı daimi müxbiri Con Leynə ölkəni tərk etmək əmr edilmişdi. Sərhədsiz müxbirlər təşkilatının məlumatına əsasən, etirazlar başlayandan bəri 33 jurnalist və blogger tutulub saxlanılıb. Bazar günü şəhərdə gəzmiş BBC müxbiri böhranın sona çatdığını deməyin tez olduğunu bildirir. O deyir ki, nə hökumət nə də müxalifət geri çəkilmək fikrində olana oxşamır. Az əvvəl bəyanat yaymış İran polisi, etiraz aksiyalarının 400-dən çox iştirakçısının tutulduğunu deyib. Bundan başqa iğtişaşlar zamanı 40 polisin ağır yaralandığı xəbər verilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar