SON XƏBƏRLƏR

İran adlanan yer BBC müxbirini ölkədən çıxarır

2021.10.20, 07:36
İran adlanan yer BBC müxbirini ölkədən çıxarır

Gunaz.tv
İran adlanan yerin hakimiyyət orqanları BBC-nin Tehrandakı daimi müxbiri Con Leyndən ölkəni tərk etməyi xahiş ediblər. Con Leynə İranı tərk etmək üçün 24 saat vaxt verilib. Bununla bağlı yaydığı bəyanatda BBC İranın hakimiyyət qurumlarının bu qərarından təəssüfləndiyini bildirib. Eyni bəyanatda BBC bildirib ki, onun İranın paytaxtı Tehrandakı ofisi açıq qalır və fəaliəyyətini davam etdirəcək. İran xarici dövlətlərin müdaxiləsi adlandırdığı hərəkətlərin pislənilməsi kampaniyasında Britaniya və BBC-ni xüsusilə qeyd edir. Ötən həftə İranın Ali Dini rəhbəri Ayətolla Əli Xəmneyi Britaniyanı şər ölkəsi kimi səciyyələndirmişdi. Sərhədsiz Reportyorlar qrupu deyir ki, seçkilərdən sonra etiraz dalğası başlayandan bəri İran höküməti 23 yerli jurnalist və bloqqeri həbs edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar