SON XƏBƏRLƏR

Rəsmi Yerevan Azərbaycanın tələblərini qəbul etməyin vacibliyini anlayır

2021.10.20, 07:36
Rəsmi Yerevan Azərbaycanın tələblərini qəbul etməyin vacibliyini anlayır

Gunaz.tv
Ermənistanda iqtisadi böhran hər keçən gün daha da dərinləşir. Yaranmış vəziyyətdən çıxmaq üçün yeganə yol isə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana güzəştə gedilməsi və əlaqələrin yenidən bərpa edilməsidir. Rəsmi Yervan bunun qaçılmaz olduğunu artıq açıqlamaqdan çəkinmir. Son vaxtlar Ermənistanda işsizliyin artmasıyla yanaşı, koruppsiya və özbaşınalıq halları da çoxalıb. İlin əvvəlindən indiyədək demək olar ki, bütün sahələrdə maaşlar 10 faizdən çox azaldılıb. Maliyyə-iqtisadi vəziyyətin gərginləşdiyini görən Ermənistanın baş naziri Tiqran Sarkisiyan hökumət üzvlərinin yay tətilinə çıxmasına qadağa qoyub. Onun fikrincə, ölkənin bu vəziyyətində istirahət etmək olmaz və iqtisadi böhranla mübarizə aparmaq üçün hamı ayıq-sayıq olmalıdır. BMT-nin Ümumdünya Ərzaq Proqramının rəsmiləri də ölkədə aclıq və səfalət təhlükəsinin mövcud olması barədə xəbərdarlıq ediblər. İqtisadi durum Ermənistanın müdafiə sisteminə də təsirsiz ötüşmür. Silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların maaşlarının yubadılması hallarıyla yanaşı, mənimsənilməsi faktları da artıb. Ordunun maddi-texniki təminatında yaranan problemlər şəxsi heyət arasında mənəvi-psixoloji durumun və nizam-intizamın xeyli zəifləməsinə də səbəb olub. Təsadüfi deyil ki, son vaxtlar erməni əsgərləri artıq tez-tez Azərbaycana pənah gətirirlər. Yaxın günlərdə əvvəlcə 2, sonra 3 erməni əsgərinin hərbçilərimizə təslim olmasından az sonra, daha 2 əsgər təmas xəttini keçərkən minaya düşüb. Artıq Ermənistan rəhbərliyi iqtisadi və sosial böhrandan xilas olmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini açıqlamaqdan çəkinmir. Erməni xəbər agentliyi «tert.am» «Qraparak» qəzetinə istinadən Serj Sarkisyanın işğalçı Dağlıq Qarabağ rejiminə səfəri ilə bağlı sensasion məlumat yayıb. Qeyd olunur ki, Ermənistan prezidenti münaqişənin həllində Azərbaycana güzəştə getməkdən başqa çarəinin olmadığını bildirib. Deyib ki, rəsmi Bakı Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyinə tam zəmanət verdikdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən 6 rayonu Azərbaycana qaytarılacaq. Laçın dəhlizində isə beynəlxalq sülhməramlı qüvvələr yerləşdiriləcək. Sarkisyanın açıqlamasının digər təfərrüatları barədə isə məlumt verilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar