SON XƏBƏRLƏR

Obama: “Dünya İranı izləyir”

2021.10.20, 07:36
Obama: “Dünya İranı izləyir”

Gunaz.tv
ABŞ prezidenti İran rəhbərliyinin bəyanatlarından narahatdır ABŞ prezidenti Barak Obama bəyanatla çıxış edərək, bütün dünyanın İran rəhbərliyinin seçkilərin nəticələrinə etiraz edən insanlara reaksiyasını izlədiyini bildirib. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, Amerika prezidenti İran rəhbərliyinin bəzi nümayəndələrinin danışıq tonundan narahat olduğunu da vurğulayıb. Obama bu bəyanatı İranın dini lideri ayətulla Əli Xomneinin Tehran universitetində cümə namazından öncə iranlılara müraciətindən sonra verib. Xatırladaq ki, Xomnei insanları seçkilərin nəticələrini tanımağa, ölkədə sülh və sabitliyi qorumağa çağırıb. Barak Obama Tehrandakı hadisələrin ilk günündən ehtiyatlı mövqe tutmağa və İranın daxili işlərinə qarışmaqda ittiham edilməsinə əsas verməməyə çalışıb. Onun son bəyanatı əvvəlkilərdən daha sərt olsa da, ABŞ prezidentinin respublikaçı rəqibləri administrasiyadan daha aktiv fəaliyyət tələb edirlər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar