SON XƏBƏRLƏR

İranda seçki etirazlarında 150 nəfər öldürülüb

2021.10.20, 07:36
İranda seçki etirazlarında 150 nəfər öldürülüb

Gunaz.tv
Tehranda məscid yandırılıb İranda seçkinin nəticələrinə etiraz aksiyaları davam edir. Lent.az-ın İran KİV-nə istinadən məlumatına görə, iyunun 21-də bir qrup naməlum şəxs Tehrandakı məscidlərdən birini yandırıb. Hadisə nəticəsində bir neçə nəfərin həlak olduğu bildirilir. CNN telekanalı isə Tehrandakı xəstəxanalardan birindəki mənbəyə istinadən xəbər verib ki, iyunun 20-də paytaxtdakı aksiyalarda polislə toqquşmalar zamanı 19 nəfər nümayişçi öldürülüb. İran televiziyası isə bu rəqəmin 10 olduğunu bildirib. Beynəlxalq xəbər kanallarının yaydığı məlumata görə, seçkidən sonrakı etiraz aksiyalarında ölənlərin sayı 150-yə çatır. Yüzlərlə aksiya iştirakçısı isə saxlanılıb. Sonuncu kütləvi həbs zamanı silahlı Xalq Mücahidləri Təşkilatının bir neçə üzvü tutulub. Hakimiyyət orqanları onları terror aktları hazırlamaqda ittiham edir. Bundan başqa islahatçı xətti dəstəkləyən iki jurnalistin də həbs olunduğu bildirilir. Mirhüseyn Musəvi tərəfdarlarının müqavimət hərəkatı davam edir və getdikcə güclənir. İranın ali rəhbəri Seyid Əli Xamneyinin müraciətindən sonra qarşıdurmanın səngiyəcəyinə olan ümidlər də boşa çıxmaqdadır... LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar