SON XƏBƏRLƏR

Musəvi seçki nəticələrinin yenidən sayılması ilə bağlı toplantını boykot edib

2021.10.20, 07:36
Musəvi seçki nəticələrinin yenidən sayılması ilə bağlı toplantını boykot edib

Gunaz.tv
Prezident seçkisinin nəticələrindən narazı qalan digər namizəd Mehdi Kərrubi də toplantıya qatılmayıb İranda prezidentliyə islahatçı namizəd olan və seçkidə rəsmi olaraq məğlub olan Mir Hüseyn Musəvi 12 iyundakı prezident seçkisinin saxtalaşdırılması ilə əlaqədar olaraq bu gün keçirilən toplantını boykot edib. "İhlas" xəbər agentliyinin verdiyi məlumata görə, prezidentliyə namizədlərdən Mehdi Kərrubi də toplantını boykot edib. Amma prezidentliyə digər namizəd, mühafizəkar Muhsin Rıza yığıncağa qatılıb. Xatırladaq ki, İranın ali dini lideri Ayətullah Əli Xomneyi seçki nəticələrinə etiraz üçün hüquqi yollara müraciət edilməsini və Konstitusiya Nəzarət Şurasından səslərin yenidən sayılmasını istəmişdi. Musəvi və Kərrubinin bu günki yığıncağa qatılmaması isə onların bu qərarla razılaşmadıqlarını göstərir. Belə ki, şura səslərin yalnız 10 faizinin yenidən sayılacağını açıqlayıb./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar