SON XƏBƏRLƏR

İran adlanan yerin polisi: "Nümayişlərə müdaxilə edəcəyik"

2021.10.20, 07:36
İran adlanan yerin polisi: "Nümayişlərə müdaxilə edəcəyik"

Gunaz.tv
İranda prezidentliyə namizəd Mehdi Kərrubi də seçkinin yenidən keçirilməsi tələbilə Konstitusiya Nəzarət Şurasına müraciət edib Prezident seçkisindən sonra İranda gərginləşən vəziyyət davam edir. İranın ali dini lideri Xomneyinin cümə xütbəsindən sonra nəzərlər bir daha Tehran küçələrinə cəmlənib. Müxalifət nümayişləri bu gün davam etdirəcəyini açıqlayandan sonra, İran polisi nümayişçilərə qarşı sərt tədbirlər görüləcəyini bəyan edib. Bundan başqa, İranda prezident seçkisində səslərin yalnız 10 faizinin yenidən sayılacağı bildirilib. "CNN Türk"ün məlumatına görə, prezident seçkisində namizəd olan Mehdi Kərrubi də nəticələrin ləğv edilməsini istəyib. O, Konstitusiya Nəzarət Şurasına göndərdiyi məktubunda seçkinin yenidən keçirilməsini tələb edib. Şuranın bu gün keçirəcəyi toplantıya Mir Hüseyn Musəvi, Mehdi Kərrubi və Muhsin Rızainin qatılması da planlaşdırılır. İran polisi isə bildirb ki, icazəsiz keçirilən nümayişlərə müdaxilə ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar