SON XƏBƏRLƏR

Bu gün Ermənistan nümayəndə heyəti İrana səfər edəcək

2021.10.20, 07:36
Bu gün Ermənistan nümayəndə heyəti İrana səfər edəcək

Gunaz.tv
Nümayəndə heyəti Tehranda bir sıra görüşlər keçirəcək Bu gün Ermənistan parlamentinin spikeri Ovik Abramyanın rəhbərlik etdiyi nümayəndə heyəti İrana ikigünlük işgüzar səfər edəcək. "Armtoday" saytının məlumatına görə, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat verib. Nümayəndə heyətinə parlament administrasiyasının rəhbəri Qeqam Qaribcanyan, təbii ehtiyatlar və energetika naziri, Ermənistan –Iran hökumətlərarası komissiyasının sədri Armen Movsisyan və deputatlar daxildir. Tehranda Ermənistan nümayəndələri İran prezidenti Mahmud Əhmədinejad, parlamentin sədri Əli Laricani, Milli təhlükəsizlik şurasının katibi Səyid Cəlili ilə görüşəcəklər. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar