SON XƏBƏRLƏR

Ermənipərəst konqresmenlərin separatçılara yardım qərarı Milli Məclisdə narazılıqla qarşılandı

2021.10.20, 07:36
Ermənipərəst konqresmenlərin separatçılara yardım qərarı Milli Məclisdə narazılıqla qarşılandı

Gunaz.tv
BAXCP sədri Qüdrət Həsənquliyev ABŞ Konqresinə etiraz məktubu göndərməyi vacib saydı ABŞ Konqresinin Təsisatlar Komitəsinin Xarici Dövlət Əməliyyatları Alt Komitəsinin 2010-cu il büdcə layihəsinə müəyyən dəyişikliklərin edilməsinə səs verməsi haqqında ötən sayımızda məlumat vermişdik. Həmin dəyişikliklər sırasında Ermənistana Ağ Evin təklif etdiyi 30 milyon dollar iqtisadi yardım yerinə 48 milyon dollar yardım göstərilməsi əksini tapıb. Eyni zamanda Konqresin Alt Komitəsinin ermənipərəst üzvlərinin təzyiqi altında Dağlıq Qarabağdakı separatçı rejimə 10 milyon dollar birbaşa yardım göstərilməsi də təklif olunub. Halbuki, nə 2010-cu il dövlət büdcəsində, nə də əvvəlki illər Ağ Ev Administrasiyası Dağlıq Qarabağa hər hansı yardım göstərilməsini istəməyib. Qondarma rejimə maliyyə yardımın göstərilməsi Konqresin ermənipərəst üzvlərinin təzyiqi altında baş tutur. ABŞ Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan Senatla birgə işləyərək, Ermənistana ayrılan iqtisadi yardımı 70 milyon dollar səviyyəsinə çatdırmaq niyyətində olduqlarını açıqlayıb. Əlavə edək ki, büdcə layihəsi üzərində müzakirələr Konqresin hər iki palatasında sentyabr-oktyabr aylarına kimi davam edəcək. Konqresin Alt Komitəsinin bu addımı təkcə Azərbaycanda deyil, həm də Birləşmiş Ştatlarda yaşayan soydaşlarımız arasında ciddi narazılıq doğurub. Artıq yaranmış vəziyyətlə bağlı ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) ölkənin seçilmiş orqanlarının rəhbərləri və mətbuat orqanlarının məlumatlandırılması kampaniyasıyla daha ciddi məşğul olmağa başlayıb. Şəbəkə vasitəsilə yüzlərlə azərbaycanlı prezident Obama, vitse-prezident Cozef Bayden, Konqresin hər iki palatasının spikerləri və bir çox digər şəxslərə etiraz məktubları göndərib. Büdcə müzakirələrilə bağlı USAN təkcə son iki ay ərzində Konqres üzvləri, onların ştat işçilərinə 10 000 məktub yollayıb. Milli Məclisin dünənki iclasında isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev öz çıxışında bu məsələyə xüsusi diqqət yetirdi. O, Milli Məclisin ABŞ Konqresinə etiraz bəyanatı göndərməsini təklif etdi: "Onlar separatçı xuntaya yardım ayırırlar. Bir tərəfdən bizim ərazi bütövlüyümüzü tanıyır, o biri tərəfdən isə separatizmi stimullaşdırılar". Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz Qarabağ Azadlıq Təşkilatının sədri Akif Hağı da Azərbaycanın bu məsələyə rəsmən ciddi etiraz bildirməsini vacib sayır: "Həm Ermənistana, həm də Dağlıq Qarabağdakı separatçılara bu cür yardımlar 1998-ci ildən göstərilir. İndi bu cür qərarın verilməsi əslində neçə illərdir ki, baş verən prosesin davamıdır. Maraqlıdır ki, indiyədək təxminən 4-5 milyon arası yardım ayrılırdısa, artıq bu məbləğin artırılması planlaşdırılır. Hesab edirəm ki, bu ABŞ-ın rəsmi mövqeyidir. Heç kim ümid etməsin ki, ABŞ hakimiyyəti Dağlıq Qarabağ problemilə bağlı obyektiv mövqe tutacaq. Bir məsələyə xüsusi diqqət yetirilməlidir. Dünyada olan seperatçı qurumların içərisində yeganə Dağlıq Qarabağdakı erməni separatçılardır ki, ABŞ onlara dövlət səviyyəsində yardım göstərir. Bu isə ondan xəbər verir ki, bu siyasət əslində ABŞ dövlət siyasətidir. Əslində bu məsələylə bağlı rəsmi Vaşinqton izahat verməlidir, ancaq ABŞ-ın rəsmiləri heç bir izah verə bilmirlər. Bu isə o deməkdir ki, dolayısı ilə olsa da, Dağlıq Qarabağdakı qondarma erməni rejimini tanıyırlar. Ümumiyyətlə, Dağlıq Qarabağdakı separatçılara dövlət səviyyəsində iki ölkə yardım edir: "Onlardan biri təbii ki, Ermənistandır, digəri isə ABŞ. Məhz bu ölkələrin yardımı ilə qondarma rejimin illik büdcəsi formalaşdırılır. Bir məqamı da nəzərə alın ki, Barak Obama Ermənistana ayrılan yardımın həcminin azaldılması təklifilə çıxış etsə də, Krnqresin Alt Komitəsndə 48 milyonluq yardımın ayrılması təklif olunub. Eyni zamanda köhnəlmiş, yaddan çıxmış, guya Ermənistanı, Dağlıq Qarabağı blokadada saxlamaya görə Azərbaycana yardım verilməməsi məsələsi yenidən gündəmə gətirilir. Bütün bunlar ABŞ-ın işğalçı Ermənistanı və qondarma rejimi dəstəkləməsindən başqa bir şey deyil". QAT sədri baş verənlərdən sonra həmsədrlərdən imtina məsələsinin yenidən gündəmə gəldiyini vurğulayır: "Baş verənlər ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyini şübhə altına alır. Azərbaycan dövləti, cəmiyyəti ABŞ-ın obyektiv mövqe tutacağına ümid etməməlidir. Ümumiyyətlə, həmsədrlərin ədalətli mövqe tutmaması ilə bağlı növbəti bir fakt ortaya çıxıb ki, bu faktdan yararlaaraq Azərbaycan rəsmən həmsədrlərin "fəaliyyət"indən imtina etməlidir". Səlcuq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar