SON XƏBƏRLƏR

Barak Obama: "Tehran anlamalıdır ki, dünya bu ölkədə baş verənləri izləyir"

2021.10.20, 07:36
Barak Obama: "Tehran anlamalıdır ki, dünya bu ölkədə baş verənləri izləyir"

Gunaz.tv
ABŞ prezidenti Xamneyinin çıxışı ilə bağlı narahatlığını bildirib ABŞ prezidenti Barak Obama İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyinin etirazçılara qarşı sərt güc tədbirlərinin tətbiq edilə biləcəyindən bəhs edən nitqinin «məzmunu və təbiəti» ilə bağlı narahatlığını bildirib. «Associated Press» agentliyinin məlumatına görə, B. Obama qeyd edib ki, rəsmi Tehran anlamalıdır ki, "dünya bu ölkədə baş verənləri izləyir". Ağ ev başçısının sözlərinə görə, "onların səslərini eşitdirmək istəyən insanlara qarşı özlərini necə aparacağı İran nə olub-olmaması barədə fikir yürütməyə imkan verəcək». Xatırladaq ki, Seyid Əli Xamneyi dünən Tehran universitetində çıxış edərək, Əhmədinejadın qanuni yolla prezident seçildiyini, küçələrdəki etiraz çıxışlarında isə Qərbin günahkar olduğunu vurğulamışdı. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar