SON XƏBƏRLƏR

ABŞ Koreyaya qarşı müharibəyə başlayır?

2021.10.20, 07:36
ABŞ Koreyaya qarşı müharibəyə başlayır?

Gunaz.tv
Vapşinqton bu ölkəyə qarşı gəmi göndərib ABŞ hərbi komandanlığı göyərtəsində silah-sursatın olduğu etimal edilən Koreya Xalq Demokratik Respublikasına (KXDR) məxsus gəminin ələ keçirilməsi üçün “Con Makkeyn” adlı esmines (eskadra mina gəmisi) göndərib. “Fox News” telekanalının yaydığı xəbərə görə, Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus esmines silahın yayılmaması rejimini pozmaqda, həmçinin BMT-nin ötən cümə KXDR-a qarşı sərt qadağaların tətbiqini nəzərdə tutan qətnaməsinin pozulmasında şübhəli bilinən Şimali Koreya gəmisini ələ keçirməyi planlaşdırır. ABŞ HDQ dünəndən Koreyanın “Kanq Nam” gəmisini izləməyə başlayıb. Hərbçilərin bildirdiyinə görə, onun göyərtəsində silah-sursat, raket hissələri və ölkənin nüvə proqramı üçün nəzərdə tutulmuş komponentlər ola bilər. Hazırda “Kanq Nam” gəmisi Çin Xalq Respublikasını ərazi suları yaxınlığındadır. Xatırladaq ki, KXDR beynəlxalq sularda gəmilərinin yoxlanılmasına yol verməyəcəyini dəfələrlə bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar