SON XƏBƏRLƏR

İran adlanan yerdəki etirazlarda 63 nəfər öldürülüb!

2021.10.20, 07:36
İran adlanan yerdəki etirazlarda 63 nəfər öldürülüb!

Gunaz.tv
Aksiyalarda 321 nəfər saxlanılıb, onlardan 209 nəfəri gizli həbsxanada yerləşdirilib Beynəlxalq Əfv Təşkilatı (Amnesty İnternational) İrandakı prezident seçkisindən sonra paytaxt Tehranda təşkil edilən etiraz nümayişlərində ölənlərin sayının 15-ə çatdığını bildirib. «CNNTürk»ün xəbərinə görə, Əfv Təşkilatı bildirib ki, İran dövlət radiosu tərəfindən ölənlərin sayı 7 kimi göstərilsə də, gerçək rəqəm 15-dir. Təşkilatın nümayəndəsi 15 adamın öldüyünün təsdiq edildiyini dəyərək onların beşinin şagird olub-olmadığının hələlik aydınlaşdırılmadığını qeyd edib. İranın «Anjomani Faryad» partiyasından «Anspress»ə daxil olan məlumatda isə bildirilir ki, İrandakı mitinqlərdə ölənlərin sayı rəsmi rəqəmlərdən dəfələrlə çoxdur - 63 nəfər. Partiya rəsmisi Akbar Amirzadeh İraninin verdiyi xəbərə görə, indiyədək aksiyalarda 321 nəfər saxlanılıb ki, onlardan da 209 nəfəri gizli həbsxanada yerləşdirilib. Partiya rəsmisinin məlumatında bildirilir ki, seçkidən sonra keçirilən aksiyalar bütün İran xalqının istəyidir: «Mir Hüseyn Musəvinin seçilməməsi İran xalqına bir bəhanədir ki, onlar etirazlara başlasınlar».bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar