SON XƏBƏRLƏR

"Google", İrandakı senzuraya zərbə vurmağa hazırlaşır

2021.10.20, 07:36
"Google", İrandakı senzuraya zərbə vurmağa hazırlaşır

Gunaz.tv
"Google", İranda baş vermiş son hadisələr və senzura səbəbilə öz tərkibində ingiliscə-farsca, farsca-ingiliscə tərcümə imkanı verən sistem hazırlayır Dünyanın ən böyük virtual axtarış sistemi olan "Google", İranda baş vermiş son hadisələr və senzura səbəbilə öz tərkibində ingiliscə-farsca, farsca-ingiliscə tərcümə imkanı verən sistem hazırlayır. ANS PRESS, “CNN Türk”ə istinadən xəbər verir ki, şirkət rəsmiləri son günlər İranda baş verən hadisələr və dünya ictimaiyyətinin buna marağını nəzərə alaraq belə bir layihəyə qərar verdiklərini açıqlayıblar. "Google" farsca tərcümə sistemini işə salaraq dünyada daha çox insanın İran barədə məlumatları birbaşa mənbəyindən öyrənməsini təmin etməyə çalışır. Bundan başqa dünyanın ən böyük virtual ictimai şəbəkəsi olan "Facebook" da farsdilli istifadəçilərinin dəstəyi ilə bu saytın farsca versiyasını hazırlayır. Hər iki şirkət də bu faliyyətləri ilə dünya ictimaiyyətinə xəbəri mənbəyindən çatdırmağı hədəflədiklərini bildirib. Qeyd edək ki, "Google" hazırda 41 dildən ingilis dilinə tərcümə edən sistemə sahibdir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar