SON XƏBƏRLƏR

İran adlanan yer barədə bəzi maraqlı və sürpriz faktlar

2021.10.20, 07:36
İran adlanan yer barədə bəzi maraqlı və sürpriz faktlar

Gunaz.tv
Bəzi təxminlərə görə, İranda yarım milyondan çox blogger var İranda baş verənlər dünya ictimaiyyətini bu ölkəyə yeni nəzərlə baxmağa vadar edib. İslam Respublikası adını daşıyan ölkə rəhbərliyinin dini libasları ilə küçələrdə ən müasir geyimdəki cavanlar arasındakı təzad, çoxları üçün tam yenilik oldu. Üstəlik, bu gənclərin müasir texnologiyalardan sərbəst və səlist istifadə etməsi, İranın çoxlarına bəlli olmayan həqiqətlərini üzə çıxardı. Bilirsinizmi ki, İranda hər gün 8 milyon sms göndərilir? 1979-cu ildə ölkədə 850 telefon nömrəsi vardı. 2008-də isə 24 milyon. 73 milyon iranlının 60 faizi, yəni 41 milyonu cib telefonuna malikdir. Cəmi 3 il əvvəl isə 7 milyonun belə telefonu var idi. İranda 2006-cı ildə 100 min blogger vardı. İndi bundan ən azı 3 dəfə çoxdur. Yaşı 30-a çatmayanlar İran əhalisinin 70 faizini təşkil edir. İranın əsas şəhərlərində məşhur qərb dizayner mağazalarının filialları var. Manqo burada özünün ilk dükanını mart ayında açıb və daha 9-nu açmağı planlaşdırır. Lakin Ben Ralli çempionu Lalə Sadiq ettonun bəxti gətirməyib. 2007-ci ildə parlament üzvləri Benettonun açıq-saçıq paltarlarının mənəviyyyata zidd olduğunu bəyan etdilər. Ötən il isə nümayişçilər Benetton mağazası qarşısında aksiya keçirərək, binaya ziyan vurdular. İran dünyanın burun plastik cərrahiyyəsinin paytaxtı adlanır. Hər il təxminən 35 min iranlı burunlarına düzəliş edir. İranda kosmetika məhsulları bazarı 2005-ci ildə 800 milyon dollar idisə, hazırda bundan 150 milyon dollar çoxdur. Lalə Sadiq İranın ilk qadın ralli avtomobil sürücüsü olub. O İran qanunlarında boşluq aşkar edərək, kişi sürücülərlə yarışmaq imkanı qazanıb və onları məğlub edərək, çempion olub. 2007-ci ildə, spirtli içkilərin qadağan olunduğu ölkədə, elə İran vətəndaşlarından 40 milyon litr içki müsadirə olunub. BMT-nin Dünya Narkotik Hesabatına əsasən, İran əhalisinin 2.8 faizi tiryəkdən istifadə edir.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar