SON XƏBƏRLƏR

İran adlanan yerdə siyasi böhran davam edir

2021.10.20, 07:36
İran adlanan yerdə siyasi böhran davam edir

Gunaz.tv
İranın dini lideri Ayətullah Seyid Əli Xamneynin ötən günkü çıxışı hələ də ən çox müzakirə olunan mövzulardan biridir. Analitiklər hesab edir ki, aksiyalar bu gün də təkrarlansa, Xamneyinin nüfuzuna ciddi zərbə dəyəcək. Ayətullah Xameneyinin çıxışı həm də təkrar seçkilərin keçirilməyəcəyindən xəbər verir. Bu gün isə İranın Konstitusiya Keşikçiləri Şurasının rəhbərləri məğlub olmuş namizdlərlə görüşərək, onların şikayətlərini müzakirə edəcək. İranın birinci prezidenti Əbu Əl Həsən Bənisədr etiraz aksiyalarının ordu tərəfindən dağıdılacağını istisna etməyib, lakin əlavə edib ki, hadisələrin belə istiqamətdə inkişafı inandırıcı deyil. Rəsmi Vaşinqton isə İrandakı böhrana yenidən münasibət açıqlayıb. Prezident Barak Obama etiraz aksiyaları zamanı nümayişçilərə qarşı zor tətbiq edilməsindən təəsüfləndiyini bildirib. Konqresin nümayəndələr palatası isə qəbul etdiyi qətnamədə iran hökumətini dinc etiraz aksiyalarını dağıtdığı üçün tənqid edib. Dünyanın bir neçə böyük şəhərində isə iranlı etirazçılara dəstək aksiyaları keçirilib. Parisdə etiraçılar «İrana azadlıq və demokratiya» kimi şüarlar sələndirərk İran səfirliyi qarşısında aksiya keçirilblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar