SON XƏBƏRLƏR

İran adlanan yerin bloggerlərinin Xameneyinin nitqinə reaksiyası

2021.10.20, 07:36
İran adlanan yerin bloggerlərinin Xameneyinin nitqinə reaksiyası

Gunaz.tv
İran adlanan yerin ali ruhani lideri Ayətulla Əli Xameneyi prezident Mahmud Əhmədinejada birmənalı dəstək verib. O həmçinin mübahisəyə səbəb olmuş seçkilərin nəticələrinə etiraz nümayişlərinə çıxanlara sərt xəbərdarlıq edib. Atətullanın çıxışı mikro-bloq saytı olan Twitter-dən istifadə edən iranlıların geniş reaksiyasına səbəb olub. Onların əksəriyyəti çıxışdan qəzəbləndiklərini və iyrəndiklərini bildiriblər. Melodymoezzi ləqəbli istifadəçi yazır: "Xameneyi, özünüzün xalqdan necə uzaq olmağınızı bizə xatırladığınız üçün təşəkkür edirəm. Sönük bir çıxış. O, küçələrdə heç nəyi dəyişməyəcək." AnonBystander isə yazır: "Ali rəhbər saxtakarlığın qeyri-mümkün olduğunu dedi. Mən buna inanmıram!" Mamad2020 yazır: "İnanılmazdır. O sadəcə Əhmədinejada dəstək verdi və dedi ki, bəziləri ilə razılaşmır. Görmür ki, milyonlarla insan verdikləri səsi tələb edir? Onun düşməni milyonlarla insandır." Dleth adlı istifadəçi isə xəbərdarlıq edir: "Gərək İranın rəhbərlərini reallığa qaytaraq." MeUnAval isə məsələnin hüquqi proseslərlə çözülməsi barədə ayətullanın təklifinə inanmır: "Mübahisəni seçki bülletenləri həll etməli idi. Xameneyi, hanı mənim səsim?" Ekspertlər deyirlər ki, Xameneyinin nitqi küçələrə çıxan nümayişçilərə xəbərdarlıqdır. Ali rəhbər məsələnin altından xətt çəkdiyini düşünə bilər, lakin GohBarMəhəmməd deyir:"Bu nitqin xeyri olmayacaq. Keçmişdəkilərdən fərqlənmirdi. Küçələr partlayacaq. Artıq bunun qarşısını almaq gecdir."bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar