SON XƏBƏRLƏR

«Azərbaycan qadını» jurnalı fəaliyyətini bərpa etdi

2021.10.20, 07:36
«Azərbaycan qadını» jurnalı fəaliyyətini bərpa etdi

Gunaz.tv
«Azərbaycan qadını» juranılı uzun fasilədən sonra yenidən işıq üzü görüb. Nəfis tərtibatla xanımların görüşünə gələn jurnal həm də məzmunca yeniliklər vəd edir. Jurnalın üz qabığında ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, «UNESKO» və «İSESKO»-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəkili əks olunub. Naşirlər deyir ki, bu da təsadüfü deyil. Çünki Mehriban xanım Azərbaycan Qadınının gözəlliyini, nəcibliyini, mübarizliyini və dünya görüşünü özündə təcəssüm etdirir. Jurnalın yenidən fəaliyyətə başlaması ilə bağlı keçirilən mərasimdə jurnalın baş redaktoru, Prezident Administrasiyasının humanitar məsələlər üzrə şöbə müdiri Fatma Abdullazadə bildirdi ki, yeni nəşr Azərbaycan qadınları üçün böyük töhfə olacaq. Azərbaycanın ictimai-siyasi həyatında fəal olan xanımlar da jurnalın fəaliyyətinin bərpa edilməsini sevinclə qarşılıyıb. Mərasimdə bildirildi ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi qadın siyasəti indi də uğurla davam etdirilir. Yeni nəşr olunan Azərbaycan xanımlarının fəaliyyətinin oxuculara çatdırılmasına xüsusi diqqət yetirəcək. Naşirlər jurnalda xanımları narahat edən məsələlərə, gündəlik problemlərə də diqqət ayrılacağını deyirlər. Bir sözlə «Azərbaycan qadını» jurnalı - hər bir nömrəsində adının məsuliyyətinə, məramına uyğun fəaliyyət göstərəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar