SON XƏBƏRLƏR

AYƏTULLAH XAMNEYİ ETİRAZÇILARI HƏDƏLƏDİ: “HƏR DAMLA QANA GÖRƏ MƏSULİYYƏT DAŞIYACAQLAR”

2021.10.20, 07:36
AYƏTULLAH XAMNEYİ ETİRAZÇILARI HƏDƏLƏDİ: “HƏR DAMLA QANA GÖRƏ MƏSULİYYƏT DAŞIYACAQLAR”

Gunaz.tv
Əli Xamneyi İyunun 19-da Tehranın cümə namazında çıxış edən İranın dini rəhbəri ayətullah Əli Xamneyi son prezident seçkisinə toxunaraq indiki prezident Mahmud Əhmədinejada yenidən dəstək verib. seçkidəki saxtakarlıqlara qarşı etiraz aksiyalarına toxunan Əli Xamneyi narazıları nümayişlərə son qoymağa çağırıb: “Küçədə güc nümayiş etdirmək düzgün deyil. Mən hamını bu işə son qoymağa çağırıram. Xəbərdarlıq edirəm ki, qaş düzəltmək üçün göz çıxaranlar bundan sonra axacaq hər damla qana görə məsuliyyət daşıyacaqlar. Bu işə son qoyulmasa, nümayişlərə rəvac verənlər və onu keçirənlər məsuliyyət daşıyacaq və mən yenidən buraya gələrək daha şəffaf və açıq danışacağam”. Ə.Xamneyi seçki nəticələrinin ləğvi ilə bağlı heç bir təzyiqə boyun əyməyəcəyini deyib: “Mən bu qanunsuz təpkilərə boyun əyməyəcəyəm. Heç kəs bu kimi vasitələrlə sistemə təzyiq göstərə bilməz”. Əhmədinejadın düşüncə tərzinin öz düşüncə tərzinə yaxın olduğunu vurğulayan Ə.Xamneyi seçkidə saxtakarlıq olmadığı qənaətində olduğunu bildirib: “İran İslam Respublikasında xalqın səsinə xəyanət, seçki saxtakarlığı ola bilməz”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar