SON XƏBƏRLƏR

İRAN ADLANAN YERİN AZADLIQ HƏRƏKATININ RƏHBƏRİ HƏBS EDİLİB

2021.10.20, 07:36
İRAN ADLANAN YERİN AZADLIQ HƏRƏKATININ RƏHBƏRİ HƏBS EDİLİB

Gunaz.tv
İbrahim Yəzdi İran Azadlıq Hərəkatının rəhbəri İbrahim Yəzdi həbs edilib. “Media forum” saytı xəbər verir ki, bu həbs iyunun 12-də keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə etiraz edənlərə qarşı aparılan kampaniyaya daxildir. İ.Yəzdi də seçkiyə görə tutulub. O, iyunun 17-də, müalicə olunduğu Pars xəstəxanasında həbs edilib. Həbsdən sonra onun mənzilində axtarış da aparılıb. Son bir neçə gündə İran Azadlıq Hərəkatının Tehranda və Təbrizdə 15-ə yaxın üzvü həbs edilmişdi. Həbs edilənlər bunlardır: Məhəmməd Təvəssüli, Qafar Fərzədi, Məcid Cabiri, Rəhmətulla Əmiri, Ruhulla Rəhimpur, Əmirhüseyn Cahani, Əli Əşrəf Sultani Azər, Rəhim Yavəri, Məhəmmədrza Əhmədi Niya, Əhməd Əfcei, Emad Bəhavər, Muctaba Xəndan, Səid Zeraətkar, Ruhulla Şəfii, Əli Mehrdad.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar