SON XƏBƏRLƏR

Ermənistan güzəştə getməyə məcburdur

2021.10.20, 07:36
Ermənistan güzəştə getməyə məcburdur

Gunaz.tv
«Ermənistanı ağır vəziyyətdən çıxarmaq üçün Dağlıq Qarabağ münaqişəsində Azərbaycana ciddi güzəştə getməkdən başqa çarəmiz yoxdur». Bu sözləri Ermənistan prezidenti Serj Sarkisiyan qondarma respublikaya səfəri zamanı deyib. Erməni xəbər agentliyi «tert.am»-ın «Qraparak» qəzetinə istinadən yaydığı məlumata görə, Sarkisiyan güzəştlərin nədən ibarət olduğunu da açıqlayıb. O deyib ki, rəsmi Bakı Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyinə tam zəmanət verdikdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilən və Kəlbəcər rayonları Azərbaycana qaytarılacaq. Laçın dəhlizində isə beynəlxalq sülhməramlı qüvvələr yerləşdiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar