SON XƏBƏRLƏR

Bəşər Əsəd İrəvanda ərazi bütövlüyünü unutdu

2021.10.20, 07:36
Bəşər Əsəd İrəvanda ərazi bütövlüyünü unutdu

Gunaz.tv
"Millətlərin öz müqəddəratını təyinetmə hüququna hörmət münaqişələrin həlli üçün yetərli əsasdır" "Millətlərin öz müqəddəratını təyinetmə hüququna, beynəlxalq qərarlara, beynəlxalq hüquqa hörmət, dialoqun vacibliyinə inam dünyadakı bütün münaqişələrin və böhranların həlli üçün yetərli əsasdır". Bu sözləri Ermənistanda səfərdə olan Suriya prezidenti Bəşər Əsəd bəyan edib. O, Ermənistan-Türkiyə münasibətlərində pozitiv addımları dəstəklədiklərini və bu münasibətlərin möhkəmlənməsinə səy göstərməyə hazır olduqlarını bildirib. Suriya lideri qeyd edib ki, iki ölkə arasında əlaqələrinin normallaşması həm Ermənistanın, həm də Türkiyənin xeyrinədir: "Ermənistanla Türkiyə arasındakı problemin, həmçinin Qafqaz və Orta Asiyadakı digər münaqişələrin yoluna qoyulması bizim iş adamlarımızın iri həcmli yatırımlara başlamasına imkan verəcək" ("Novosti-Armeniya"). Əsəd dialoqların yeni mərhələsinin başlanacağına və danışıqlardan əməli hərəkətə keçiləcəyinə ümid etdiyini də deyib: "Mən inanıram ki, sizin və bizim regiondakı problemlərin ədalətli həlli üçün ciddi işlər həyata keçiriləcəyi yeni mərhələ başlayıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar