SON XƏBƏRLƏR

İran adlanan yerdəki çaxnaşmalar və geosiyasi proseslər

2021.10.20, 07:36
İran adlanan yerdəki çaxnaşmalar və geosiyasi proseslər

Gunaz.tv
Hansı dəyişikliklər ola bilər? İran adlanan yerdə prezident seçkisindən sonra yaranmaqda olan yeni daxili sosial-siyasi situasiya dünyanın diqqət mərkəzindədir. Ə hm ə dineжад ı n seçkini saxtalaşdırması və bundan sonra etirazçılara qarşı sərt tədbirlər həyata keçirməsi kifayət qədər böyük rezonans doğurdu.Hələlik müşahidəçilər proseslərin keyfiyyətcə yeni mərhələyə keçdiyini və hansısa siyasi dəyişikliyə gətirib çıxaracağını proqnozlaşdırmırlar. Lakin əsas odur ki, İran cəmiyyəti monolitliyini itirdi. İndi orada siyasi mövqeyə görə iki düşərgə yaranıb. İslahatçılarla mühafizəkarlar küçələrdə savaşırlar. Hüquq-mühafizə orqanlarının insanları necə döydüyü və işgəncə verdiyi aydın görünür. Bununla İran ənənəvi durumundan çıxmaq üzrədir. Orada siyasi faktor dərinləşərək cəmiyyətin parçalanması mərhələsinə qədəm qoymaqdadır. Bu aspektdə İranla Ermənistanın oxşar durumda olduğunu deyə bilərik. Deməli, demokratiya dalğasının vurmadığı ölkə qalmır. Ənənəvi siyasi qaydaları yenisi əvəz etməlidir. Qərbin bu təsirinin artması bütün dünya üzrə ciddi dəyişikliklərin ola bilməsi haqqında düşünməyə vadar edir. Onu da deyək ki, Rusiya da nüvə silahı məsələsinə görə İrandan çəkinməyə başladığını bildirib. Bu məsələdə Rusiya ilə ABŞ arasında bir yaxınlaşma duyulur. Təxmini hesablamalara görə, 2014-cü ildə İran dünya üçün təhlükə ola bilən nüvə ehtiyatına malik olacaq. Bu da beynəlxalq aləmdə İranın ətrafının daralması əlamətidir. Təbii ki, bu gedişat hazırkı İran iqtidarının daxildə mövqeyini zəiflədir və insanların hərəkətə keçməsi üçün bir əsas yaradır. Bununla yanaşı. İranın yerləşdiyi bölgədə geosiyasi proseslərin gedişi maraq doğurur. İranda siyasi durumun dəyişməsi ilə Xəzər hövzəsində və yaxın geosiyasi məkanda proseslərin məzmununun dəyişməsi mümkündür. Xəzərin statusu ilə bağlı Azərbaycan-Türkmənistan anlaşmasının baş tutması ehtimalı artır. Zatən, iki qardaş ölkə arasında son vaxtlar yaxınlaşma müşahidə edilir. Hər iki dövlət enerji siyasətində müəyyən ortaq nöqtələrin tapılmasına çalışır. Bunun nəticəsi hiss edilməkdədir. Türkmənistanın Transxəzər enerji layihəsinə qoşulması ehtimalı artmışdır. Xəzərin statusunun müəyyənləşməsində də yeni imkanların yarandığı barədə xəbərlər alınır. Bu proses davam etsə, Türkmənistan-Azərbaycan münasibətlərinin yaxşılaşaraq iki qardaş ölkəyə yaraşan məzmun kəsb etməsi mümkündür. İranın mövqeyinin zəifləməsi fonunda bu prosesin daha intensiv xarakter alması təəccüblü olmaz. Türkmənistanın Azərbaycanla münasibətlərində yenilik etməsi həm də türk birliyi üçün ciddi töhfə olardı. Türkmənistanın bu prosesdən kənarda qalması uzun müddət mənfi təsir göstərib və birliyin alınması işində əngəllər yaradıb. İndi isə yeni bir durum yarana bilər. Türk dövlətləri tamamilə praqmatik müstəvidə əməkdaşlığı inkişaf etdirə bilər. Bu perspektivin yüksəlməsində İranda demokratik rejimin yaranmasının rol oynaya biləcəyini düşünürük. Bu aspektdə Xəzər hövzəsi ölkələrin geosiyasi aspektdə bütövlükdə mövqelərində korrektələr yarana bilər. Onlar arasında anlaşma yüksələ bilər. Eyni zamanda, İranın hansı mövqeyə keçməsindən asılı olaraq ona münasibətin dəyişməsi müşahidə ediləcək. Bunların fonunda Ermənistanda daxili siyasi durum və xarici siyasətdə dəyişikliklərin olması gözləniləndir. İranda da islahatların başlaması rəsmi İrəvanı olduqca çətin duruma salır. Çünki İran Ermənistanın bölgədə ən yaxın müttəfiqidir. Orada siyasi sabitsizlik Ermənistan iqtisadiyyatı üçün ciddi zərbədir. Həm də artıq Ermənistan sırf Rusiyayönlü siyasət yeritməkdə çətinliklər çəkəcək. Demokratiya dalğası mütləq Ermənistanı da vuracaq. Bundan sonra Ermənistan müxalifətinin daha da fəallaşması gözləniləndir. Müxalifətin iqtidara qarşı fəallığı orada siyasi rejimin dəyişməsi ilə müşahidə edilə bilər. Bəzi ekspertlər yaranmaqda olan yeni duruma görə Rusiyanın qurduğu təhlükəsizlik sisteminin çökməyə başladığını təxmin edirlər. Ona görə də Ermənistanın siyasi aqibəti İranda siyasi rejimin taleyindən çox asılıdır. Bunların fonunda ABŞ-ın mövqeyi maraqlı görünür. Barak Obama Musəvi ilə Əhmədinejat arasında elə bir fərq görmədiyini deyir. Ancaq əgər belədirsə, İranda parçalanma daha dərindədir. Yəni eyni mövqedə olan siyasi qüvvə daxilində fikir ayrılığının küçə savaşı səviyyəsinə qalxması cəmiyyətin böhranı əlamətidir. Bu kimi proseslərin sonu adətən inqilabi dəyişiklik olur. Bizə yaxın bölgələrdə tarixi olaylar baş verir. Şahin Məhəmmədoğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar