SON XƏBƏRLƏR

Rəfsəncaninin ailəsi göz altına alındı

2021.10.20, 07:36
Rəfsəncaninin ailəsi göz altına alındı

Gunaz.tv
Sabiq prezidentin övladlarına ölkədən çıxmaq qadağan olundu İran adlanan yerin Mühafizlər Şurası xüsusi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, seçkidəki saxtakarlıqlarla bağlı namizədlərin göndərdiyi 646 şikayətin hamısı diqqətlə araşdırılacaq. Mühafizlər Şurasının sözçüsü Abbasəli Kədxudayi deyib ki, onlar prezidentliyə namizədlər Musəvi və Kərrubi ilə görüşməyə hazırdırlar və hər ikisini şənbə günü keçirəcəkləri toplantıya dəvət edirlər. İranın qanunverici orqanı olan Ekspertlər Şurası da seçkini müzakirə edib. Amma Mahmud Əhmədinejadın əleyhdarı və Musəvini dəstəkləyən keçmiş prezident Rəfsəncaninin rəhbərlik etdiyi bu şura, sadəcə, seçkidə 85 faiz əhalinin iştirakını yüksək qiymətləndirib. Nəticələrlə bağlı isə heç nə deməyib. Şuranın bu açıqlamasından sonra Rəfsəncaninin iki övladına ölkədən çıxmaq qadağan olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar