SON XƏBƏRLƏR

Xamenei: "Əhmədinejadla fikirlərimiz üst-üstə düşür"

2021.10.20, 07:36
Xamenei: "Əhmədinejadla fikirlərimiz üst-üstə düşür"

Gunaz.tv
İranın ali dini rəhbərinin cümə namazındakı çıxışı televiziya ilə canlı yayımlandı İranın Ali Dini rəhbəri Ayətullah Xamenei cümə namazında çıxışı zamanı bildirib ki, fikirləri prezident Mahmud Əhmədinejadın fikirlərinə daha yaxındır. Xamenei prezident seçkiləri qabağı namizədlər arasında debatları xatırladaraq bildirib ki, namizədlər bir-birinə qarşı bəzən "qara piar"dan istifadə etdilər. "Ayətullah Rəfsəncani və Natiq Nurinin özü və ailəsi korrupsiyada ittiham olundu, bu düzgün deyildi. Həmçinin namizədlər Əhmədinejadı yalancı, xurafatçı deyə təhqir etdilər, ittiham etdilər", - deyə Xamenei bildirib. Xamenei bildirib ki, "Rəfsəncani ilə xarici və daxili məsələlərlə bağlı fikir ayrılığım çoxdur". O, Əhmədinejadla fikrirlərinin daha çox üst-üstə düşdüyünü deyib. İranın Ali dini lideri Əhmədinejadı bir daha "xalqın seçdiyi prezident" adlandıraraq, seçkilərin saxtalaşdırılması barədə iddiaları rədd edib. "Ola bilər ki, seçkilərdə bəzi qanun pozuntuları olsun, lakin Əhmədinejada verilən 24 milyon səsin saxtalaşdırılması inandırıcı deyil", - deyə Xamenei bildirib. Ayətullah Əli Xamenei əlavə edib ki, iğtişaşlarda tökülən qana görə seçkilərin nəticələrilə razılaşmayanlar məsuliyyət daşıyır. "İyunun 12-də keçirilmiş seçkilər inqilabdan sonrakı İranda referendumdan sonra ən genişmiqyaslı hadisə olub", - deyə Xameneyi bildirib. O, İran xalqına səsvermədə fəal iştirakına görə təşəkkür edib. "Seçkilər İranın düşmənləri üçün sarsıntı, dostları üçün sevinc oldu", - Xameneyi bildirib. "İran xalqı qarşısına qoyduğu bütün hədəflərə çatacaq", - o əlavə edib. "İran xalqı inqilabdan sonrakı 30 il ərzində müxtəlif ciddi çətinliklərlə üzləşib, ancaq Allaha inam bütün problemlərin öhdəsindən gəlməyə kömək edib", - Xameneyi bildirib. Ali lider ölkənin gənclərini və bütün xalqı səbrli olmağa çağırıb. Qeyd edək ki, cümə namazını İRİNN telekanalı canlı yayımlayıb. // Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar