SON XƏBƏRLƏR

ABŞ separatçılara 48 milyon dollar yardım ayırır

2021.10.20, 07:36
ABŞ separatçılara 48 milyon dollar yardım ayırır

Gunaz.tv
Ermənipərəst konqresmenlər Qarabağa 10 milyon dollar birbaşa yardım ayrılmasınıa çalışır ABŞ Konqresinin Təsisatlar Komitəsinin Xarici Dövlət Əməliyyatları Alt Komitəsi 2010-cu il büdcə layihəsinə müəyyən dəyişikliklərin edilməsinə səs verib. APA-nın ABŞ bürosunun məlumatına görə, bu dəyişikliklər sırasında Ermənistana Ağ Evin təklif etdiyi 30 milyon dollar iqtisadi yardım yerinə 48 milyon dollar yardım göstərilməsi var. Alt komitənin ermənipərəst üzvlərinin təzyiqi altında separatçı Dağlıq Qarabağ rejiminə 10 milyon dollar birbaşa yardım göstərilməsi də təklif olunub. Qeyd edək ki, nə 2010-cu il dövlət büdcəsində, nə də əvvəlki illər Ağ Ev Administrasiyası Dağlıq Qarabağa hər hansı yardım göstərilməsini istəməyib. Qondarma rejimə maliyyə yardımın göstərilməsi Konqresin ermənipərəst üzvlərinin təzyiqi altında baş tutur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar