SON XƏBƏRLƏR

İran adlanan yerin ilk XİN başçısı tutuldu . Ölkədə nəşri dayandırılan qəzetlərin sayı 15-ə çatdı

2021.10.20, 07:36
İran adlanan yerin ilk XİN başçısı tutuldu . Ölkədə nəşri dayandırılan qəzetlərin sayı 15-ə çatdı

Gunaz.tv
Bu arada İran adlanan yerdə kütləvi həbslər də davam edir. Həbs edilənlərin dəqiq sayı bilinmir. İran Azadlıq Hərəkatının rəhbəri İbrahim Yəzdi də həbs edilib. “Mediaforum” saytı xəbər verir ki, bu həbs iyunun 12-də keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə etiraz edənlərə qarşı aparılan kampaniyaya daxildir. İ.Yəzdi də seçkiyə görə tutulub. O, iyunun 17-də, müalicə olunduğu Pars xəstəxanasında həbs edilib. Həbsdən sonra onun mənzilində axtarış da aparılıb. Yəzdi İran inqilabı vaxtı hərəkatın rəhbərlərindən olub və ilk hökumətdə xarici işlər naziri postunu tutub. Son bir neçə gündə İran Azadlıq Hərəkatının Tehranda və Təbrizdə 15-ə yaxın üzvü həbs edilib. Dünən Tehranda «Heyate No», «Aftabe Yezd» və «Xəbar» qəzetlerinin nəşri dayandırılıb. Bununla da nəşri dayandırılmış mətbu orqanların sayı 15-ə çatıb. Təbrizdə isə Abresan, Saat meydanlarında əhali mitinqə toplaşıb. Polis bütün mitinq boyu ərazini nəzarətdə saxlayıb. Təbriz universitetində də gərginlik davam edir. Şəhər prokurorluğu Təbrizdə 60 nəfər aksiya iştirakçısının tutulduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar