SON XƏBƏRLƏR

Almaniya Ali Məhkəməsi 8 min kürdün ölkədən çıxarılmasına qərar verib

2021.10.20, 07:36
Almaniya Ali Məhkəməsi 8 min kürdün ölkədən çıxarılmasına qərar verib

Gunaz.tv
Məhkəmə qəbul etdiyi qərarda Türkiyədə kürdlərə qarşı ayrı-seçkilik olmadığını bildirib Türkiyədə siyasi təzyiq və ayrı-seçkiliyin mövcudluğunu iddia edərək, Almaniyadan siyasi sığınacaq tələb edən PKK terror təşkilatının 8 min tərəfdarına bu ölkəni tərk etmək üçün rəsmi məktub göndərilib. ANS PRESS, “Cihan” agentliyinə istinadən xəbər verir ki, Almaniyanın Ali Məhkəməsi qəbul etdiyi qərarda Türkiyədə kürdlərə qarşı ayrı-seçkilik olmadığını bildirib: “Avropa Birliyi üçün hazırlıqlar görən Türkiyədə kürdlərə qarşı işgəncə və insan hüquqlarının pozuntusu qeydə alınmayıb. Həmçinin yeni islahatlara imza atan Türkiyədə kürdlərə qarşı zorakılıq halları yoxdur və onlar siyasi təzyiqlərə məruz qalmır”. Almaniya Ali Məhkəməsinin bu qərarından sonra təxminən 8 min kürd 2-3 aya bu ölkəni tərk etməlidir. Bu qərara riayət etməyənlər isə qaçaq kimi qeydə alınacaq və saxlanıldıqları zaman həbs və ya cərimə olunacaqlar. Daha sonra isə deportasiya edilərək, Türkiyəyə qaytarılacaqlar. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar