SON XƏBƏRLƏR

İRAN ADLANAN YERDƏ "UDUZAN NAMİZƏDLƏR" DİNLƏNİLƏCƏK

2021.10.20, 07:36
İRAN ADLANAN YERDƏ "UDUZAN NAMİZƏDLƏR" DİNLƏNİLƏCƏK

Gunaz.tv
İran adlanan yerin Ali Nəzarət Şurası (ANŞ) seçkiyə olan etirazları qiymətləndirmək üçün prezident namizədlərini rəsmi olaraq növbəti toplantıya dəvət edib. SİA-nın məlumatına görə, namizədlərdən Mirhüseyn Musəvi, Muhsin Rızai və Mehdi Kərrubinin rəsmi etirazı ilə əlaqədar şura toplanıb. Şuranın ilk iclasında səsvermə əməliyyatı, məntəqədəki səlahiyyətlilər, səslərin sayılması və bu kimi mövzulara dair hesabatlar müzakirə edilib (SİA). Seçkiyə nəzarət heyətinin hesabatı və namizədlərin şikayətini ikinci iclasda müzakirə edən şura vurğulayıb ki, namizədlərin nümayəndələri hələ istirahət edir. Buna görə, şura bir neçə gün ərzində keçirilməsi planlaşdırılan ümumi iclasda namizədlərin şəxsən hazır olmalarını gözləyir. Hüquqşunas və din xadimlərindən ibarət 12 nəfərlik şura üzvləri bildiriblər ki, etirazlar tez bir müddətdə qiymətləndirilib, nəticə əlaqədar tərəflər və ictimaiyyətlə açıqlanacaq. Qeyd edək ki, şuranın seçkiləri tamamilə və qismən ləğv etmək, yenidən səslərin sayılmasına qərar vermək və nəticələri rəsmi olaraq təsdiqləmək səlahiyyətinə sahibdir. İran parlamentinin "İmam yolunun davamçıları" fraksiyasının baş katibi Məhəmmədrza Tabeş isə İran dövlət televiziyasına etiraz məktubu ünvanlayıb və onun fəaliyyətini tənqid edib. Bu barədə "Trend" İLNA xəbər agentliyinə istinadən məlumat yayıb. Məktubda bildirilir ki, İran dövlət televiziyası fraksiyanın baş katibinin müsahibəsindəki bəzi məqamları məqsədli şəkildə efirə verməyib. "Televiziya mənim müsahibəmdən əhaliyə öz istədiyi fikiri çatdırmaq məqsədi ilə bəzi hissələri yayımlayıb. Mən öz müxtəlif müsahibələrimdə əhalinin seçkilərdə aktiv iştirak etdiyini və eyni zamanda namizədlərin və əhalinin istəyi ilə səslərinn yenidən sayılmasının vacibliyini vurğulamışam. Bundan başqa, geniş şəkildə siyasi fəalların həbs olunmasına və bəzi saytların bağlanmasına etiraz etmişəm, lakin İran dövlət televiziyası mənim müsahibəmdəki bəzi hissələri məqsədli şəkildə yayımlamayıb", - deyə Tabeşin bəyanatında bildirilir. Tabeş İran televiziyasını öz vəzifəsini layiqincə yerinə yetirməyə və informasiya yayımında bitərəf olmağa çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar