SON XƏBƏRLƏR

NÜFUZLU RUHANİ MİRHÜSEYN MUSƏVİNİN MÜDAFİƏSİNƏ QALXDI

2021.10.20, 07:36
NÜFUZLU RUHANİ MİRHÜSEYN MUSƏVİNİN MÜDAFİƏSİNƏ QALXDI

Gunaz.tv
İran adlanan yerin nüfuzlu ruhanilərindən ayətullah Bayat Zəncani prezidentliyə namizəd Mirhüseyn Musəviyə məktub yazaraq onunla həmrəy olduğunu bildirib. Məktubda hakimiyyətin xalqın hüququnu tapdadığı və ona zülm etdiyi bildirilir: “Mən xalqın səsinə xəyanət edildiyi və sizin hüquqlarınızın tapdanması ilə bağlı fikrinizlə razıyam. Hələ bir neçə il əvvəl rejimin inqilab və imam yolundan yayınması barədə xəbərdarlıq etmişdim. Belə davam etsə, “İslam Respublikası” sözlərindəki “respublika” çıxarılacaq. Olacaq “İslam Hakimiyyəti. Bu isə nəhayətdə xalqın həm dini, həm də dünyəvi mənafeyinin həzm edilməsi demək olacaq”. Zəncani 12 iyun seçkisində qalib elan olunmuş Mahmud Əhmədinejad haqda da danışıb: “Sizin seçkidəki rəqibiniz adi bir namizəd və ya onun tərəfdarlarından ibarət deyil. O sizə və islam cəmiyyətinin mənafeyinə qarşı mübarizəyə qalxan səhv və təmayülçü bir düşüncə tərzidir. Bu düşüncə tərzinə əsasən, üzdə müqəddəs görünən bir hədəfə nail olmaq üçün hər hansı qeyri-müqəddəs vasitələrdən istifadə etmək olar. Belə bir düşüncə tərzini özünüzün və Allahın göndərdiyi dinin əsas düşməni sayın, sonra isə bu düşüncə tərzinə sahib olanları məhkum edin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar