SON XƏBƏRLƏR

Rəsmi Ankara, İsrail və Suriya arasında vasitəçiliyə hazırdır

2021.10.20, 07:36
Rəsmi Ankara, İsrail və Suriya arasında vasitəçiliyə hazırdır

Gunaz.tv
Bunu BMT-in Nyu-Yorkdakı mənzil-qərargahındakı çıxışında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib Türkiyə, İsrail və Suriya arasındakı sülh danışıqlarında vasitəçilik səylərini bərpa etməyə hazırdır. Bunu BMT-in Nyu-Yorkdakı mənzil-qərargahındakı çıxışında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Suriya İsraillə təmasları bu ilin yanvarında Qəzza bölgəsindəki hərbi əməliyyatlara etiraz əlaməti olaraq pozub. Sülh danışıqlarında Suriya İsrail tərəfindən 1967-ci ildə müharibə yolu ilə tutulmuş Colan adalarının qaytarılmasını tələb edir. İsrail isə rəsmi Dəməşqlə sülh sazişinin imzalanmasına və rəsmi tanınmaya nail olmağa çalışır. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar