SON XƏBƏRLƏR

Mirhüseyn Musəvi ya İslam rejimini dəstəkləməli, ya da ölkəni tərk etməlidir

2021.10.20, 07:36
Mirhüseyn Musəvi ya İslam rejimini dəstəkləməli, ya da ölkəni tərk etməlidir

Gunaz.tv
İran adlanan yerin ali dini lideri ayətullah Seyid Əli Xamnei müxalifət lideri Mirhüseyn Musəvinin qarşısında şərt qoyub. APA-nın Böyük Britaniyada nəşr olunan “Times” qəzetinə istinadən verdiyi məlumata görə, Ə. Xamnei bəyan edib ki, M. Musəvi ya mövcud İran rejimini dəstəkləməli, ya da ölkəni tərk etməlidir. İran dövlətinin başçısı sabiq baş naziri bugünkü cümə xütbəsində onunla yanaşı dayanaraq xalqı milli birliyə çağırmağa dəvət edib. Xatırladaq ki, M. Musəvi iyunun 12-də keçirilən seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirərək yeni seçki tələb edir. Onu da əlavə edək ki, 67 yaşlı M. Musəvi liberallaşmanın tərəfdar olsa da, heç vaxt İrandakı teokratik sistemlə münaqişəyə girməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar