SON XƏBƏRLƏR

ŞEYXÜLİSLAM RUSİYADA VƏZİFƏ ALDI

2021.10.20, 07:36
ŞEYXÜLİSLAM RUSİYADA VƏZİFƏ ALDI

Gunaz.tv
Allahşükür Paşazadə MDB Müsəlman Ölkələri Dini Liderlərinin Məsləhət Şurasının sədri seçilib Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Moskvanın «Jrown Plaza» otelində MDB öləkələri müsəlman dini liderlərinin konfransı öz işini başa çatdırıb. Bunu “Turan”a Qafqaz Müsəlmanları İdarəsinin təmsilçisi bildirib. Onun sözlərinə görə, bu konfrans faktiki olaraq sovet rejimi dağıldıqdan bu yana postsovet məkanı müsəlman ölkələri dini liderlərinin lik birgə tədbiri idi. «Bu baxımdan bu tədbiri çox uğurlu saymaq olar, çünki, artıq postsovet məkanının müsəlman dini liderləri müəyyən bir qurumda birləşə bilirlər», - deyə QMİ təmsilçisi konfransa dəyər verib. Konfransda MDB-nin Müsəlman Ölkələri Dini liderlərinin Məsləhət Şurasının yaradıldığını deyən QMİ təmsilçisi bu ölkələrin dini qurumlarının fəaliyyətlərini əlaqələndirmək üçün işçi qrupu yaradılıb. Mənbə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Məsləhət Şurasının sədri seçildiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar