SON XƏBƏRLƏR

Iran adlanan yerin ali dini rəhbəri seçkilərdə saxtakarlıq olmadığını deyib

2021.10.20, 07:36
Iran adlanan yerin ali dini rəhbəri seçkilərdə saxtakarlıq olmadığını deyib

Gunaz.tv
İran adlanan yerdəki son böhrandan sonra etdiyi ilk çıxışda, İranın ali rəhbəri ayətulla Xameneyi seçkilərdə saxtakarlığın olmadığını bəyan edib. O hər hansı mübahisələrin hüquqi yolla çözülməsinə çağırıb. Hər hansı qeyri-qanuni çıxışların onun üçün məqbul olmayan deyən ayətulla Xameneyi mübahisəyə səbəb olmuş seçkiləri, xalq tərəfindən tarixi bayram kimi tərifləyib. Ayətulla deyib ki, İran seçkiləri bütün dünyaya İslam demokratiyasının nə olduğunu nümayiş etdirdi. O deyib ki, İranın təklif etdiyi dini demokratiya diktatura və başqa növ demokratiyalardan üstündür. Seçkiləri azad və şəffaf adlandıran Xameneyi prezident seçkilərinin İranın düşmənlərini sarsıtdığını bəyan edib. Ən azı səkkiz nəfərin öldürülməsilə müşayiət edilən etiraz çıxışlarına baxmayaraq, ali rəhbər ötən cümə günü keçirilmiş seçkilərin İran xalqının xoşbəxt və arxayın həyat yaşadığını göstərib. Ayətulla Xameneyi İranın düşmənlərini seçkilər barədə şübhələr yaratmaqda və xalqla dövlət arasında etimadı pozmaq cəhdində ittiham edib. Müxbirlər deyirlər ki, ayətulla Xameneyinin prezident Əhmədinejada birmənalı dəstəyi müxalifət tərəfdarlarını, sözsüz ki, razı salmayacaq. Lakin müxalifət bu günə təyin edilmiş etiraz aksiyasını təxirə salıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar