SON XƏBƏRLƏR

MAQATE dünya ictimaiyyətini rəsmi Tehranı nüvə silahını hazırlamaqdan çəkindirməyə çağırıb

2021.10.20, 07:36
MAQATE dünya ictimaiyyətini rəsmi Tehranı nüvə silahını hazırlamaqdan çəkindirməyə çağırıb

Gunaz.tv
İranın MAQATE-dəki nümayəndəsi ölkəsinin nüvə enerjisi əldə etmək hüququndan heç vaxt məhrum olmayacağını deyib Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) İrandakı iğtişaşlardan daha çox onun nüvə silahı sahəsində hansı addım atacağı maraqlandırır. Agentlik dünya ictimaiyyətini rəsmi Tehranı nüvə silahını hazırlamaqdan çəkindirməyə çağırıb. İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndə heyətinin sədri Əli Əşqar Soltani növbəti dəfə ölkəsinin atom enerjisi əldə etmək niyyətini açıqlayıb. MAQATE-nin 35 üzvünün görüşü zamanı təşkil edilmiş mətbuat konfransında Soltani İran xalqının heç vaxt nüvə enerjisi əldə etmək hüququndan məhrum olmayacağını deyib. O, İranın nüvə silahı almaq məqsədini də inkar edib: «Xahiş edirəm, baş direktorun 20-dən çox hesabatını oxuyasız. O, bütün dünyaya bildirir ki, agentlik İranda yoxlama fəaliyyətini davam etdirə bilər. Müfəttişlərin heç vaxt İranda problemi olmayıb və onlar qovulmayıblar. Ona görə də bu fikir yanlışdır. Buna kimi bizim atom silahımız olmayıb. Biz sadəcə olaraq nüvə texnologiyasını inkişaf etdirməyə hazırlaşırıq. Bu, bizim siyasətimizdir». Xatırladaq ki, ötən gün BBC-yə müsahibəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sədri Məhəmməd Baradeyi İranın nüvə proqramının məhz nüvə silahının istehsalına yönəldiyini demişdi. Qurum başçısı dünya dövlətlərini İrana qarşı sərt tədbirlər görməməyə və Tehranla danışıqlar apararaq nüvə silahının yaradılmasına ehtiyac olmadığını başa salmağa çağırıb: «Tehran qonşuları və bütün dünyaya bildirmək istəyir ki, bizimlə savaşmaq lazım deyil. Ancaq İranın son məqsədi anladığıma görə onun Yaxın Şərqdə güc sayılmasıdır. İran üçün bu, tanınmaq, güc və nüfuzunu möhkəmləndirmək imkanıdır. Həm də İran rejimi bununla özünü xarici təsirlərdən qorumaq istəyir». /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar