SON XƏBƏRLƏR

İran adlanan yerin vətəndaşları BBC-yə nə yazırlar?

2021.10.20, 07:36
İran adlanan yerin vətəndaşları BBC-yə nə yazırlar?

Gunaz.tv
Iran adlanan yerdə əhali BBC-nin interaktiv xidmətlərilə əlaqə saxlamaqda davam edir. Paytaxt Tehranın küçələrində minlərlə insan etiraz nümayişlərinə axışmaqda ikən, insanlar ismarıclarını və çəkdikləri şəkilləri BBC-yə göndərirlər. Dünən mitinqdən qayıdandan sonra Tehran sakini Əkbər BBC ilə müsahibədə şəraiti belə təsvir edir. "Gördüyüm insanların əksəriyyəti çox gənc, 17-27 yaşlarında gənclərdi. Polis onlara hücum etsə, heç nə edə bilməyəcəklər. Hazırda burada elə bir problem yoxdur, amma biz onların yan küçələrdən hücüm edə biləcəyindən ehtiyatlanarıq. Nümayişçilər zəif və dinc görünsələr də yaxşı təşkilatlanıblar." Lakin bəzi yerlərdən güc tətbiq edilməsi barədə də məlumatlar daxil olur. Şimalda yerləşən Mazandaran şəhərindən bir tələbə qız BBC Fars xidmətinə deyib ki, mühafizəkarlar universitetdən evlərinə qayıdan bir qrup tələbəyə yanaşaraq, onları evlərinə müşayət etməyi təklif ediblər. " Onlar oğlanları maşına mindirib apardılar. Onları polis məntəqəsinə apardılar, barmaq izlərini götürüb və möhkəmcə döyüblər. Biz küçələrə etiraz etməyə çıxırıq, amma onlar bizi döyürlər. Biz həyatımız üçün qorxuruq." Gördüyüm insanların əksəriyyəti çox gənc, 17-27 yaşlarında gənclərdi. Polis onlara hücum etsə, heç nə edə bilməyəcəklər. İsfahan əyalətindən yazan Mahmud bildirir ki, etiraz mitinqinə çıxanlar yalnız Tehranda deyil. "Mühafizəkarlar və məxfi agentlər hər yandadırlar. Onlar belə təsəvvür yarada bilərlər ki, etirazlar yalnız paytaxtda baş verir, amma bu yalandır. İsfahanda mənim ailəmin 5 üzvü səslərimizi Kərrubiyə vermişik. Amma rəsmilər həmin səsvermə qutusunda Kərrubiyə yalnız 2 səs verildiyini elan ediblər. Biz həqiqəti bilmək istəyirik. " Gecə İranın bir neçə şəhərində universitet yataqxanalarına hücumların edilməsi xəbər verilir. Komputer mühəndisi tələbəsi BBC Xəbərlər internet saytına göndərdiyi ismarıcda Şiraz Universitetinə hücumu belə təsvir edir. "Biz kitabxanada nümayişə başlamağa hazırlaşırdıq. Biz 100 nəfərə yaxın idik. Qəfildən iğtişaş polisi kitabxananı mühasirəyə aldı. Onlar bizi gözyaşardıcı qazla hücum etdilər. Mənim dostlarımdan birinın yarı-peşəkar fotoaparatı var idi və o, hücümdan əvvəl bir neçə şəkil çəkmişdi. O fotoaparatı onlardan gizlədə bildi. Onlar bizə hücum edəndə tələb etdilər ki, fotoapparatı qaytaraq, yoxsa bütün əşyalarımızı axtaracaqları ilə hədələdilər. Amma fotoapparatı tapa bilmədilər." İran höküməti nəzarətindən kənarda olan hər hansı mətbuat yayımını bağlamaqda davam edir. İnternet ismarıcları yoxlanılır, telefon xəttləri, mobil telefon şəbəkələri işləmirlər. Bir Tehran sakini BBC Fars Xidmətinə yazdığı məktubda özünü qəzəbini belə ifadə edir "Hər şeyin qarşısı alınıb. Biz nə Evro Neüs, BBC, CNN, nə də başqalarını seyr edə bilmirik. Bu sözün əsil mənasında diktaturadır. Amma biz qalib gələcəyik. Mən zəngin və fəqir, dini və dünyəvi baxışlı insanları bir araya gəlib, bir səs kimi çıxış etməsini gördükcə, doğulandan bəri ilk dəfədir ki, İranlı olmağımdan qürur duyuram."

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar